XƏBƏRLƏR

Azərbaycan Respublikasında maliyyə nəzarətinin bəzi nəticələri: Vergi daxil olmaları kontekstində

Nazim Kazım oğlu Əliyev
Şahzadə Qafar qızı Mədətova

 

Müasir şəraitdə dövlət maliyyə nəzarətinin səmərəliliyinin qiymətləndirilməsi kifayət qədər mürəkkəb məsələlərdən sayılır və ona olan münasibət birmənalı deyildir. Bu qiymətləndirmə həm dövlət maliyyə nəzarətinin müxtəlif tədbirlərinin, həm də dövlət maliyyə nəzarəti orqanlarının fəaliyyətlərinin keyfiyyət parametrlərini nəzərdən keçirməyə imkan yaradır. Əksər hallarda dövlət maliyyə nəzarəti orqanlarının fəaliyyətinin səmərəliliyi aşkar olunmuş pozuntuların miqyası, bərpa olunmuş vəsaitlərin, həmçinin tətbiq olunmuş cərimə və sanksiyaların həcmi ilə ölçülür. Fikrimizcə, dövlət maliyyə nəzarətinin səmərəliliyinin qiymətləndirilməsinə vahid yanaşmanın formalaşdırılması zəruridir. İstənilən fəaliyyətin, o cümlədən nəzarət fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi metodikasının hazırlanması isə olduqca mürəkkəb məsələlətrdən biri sayılır.

 

PDF Yüklə