XƏBƏRLƏR

Qeyri-dövlət pensiya fondlarının formalaşdırılmasının və fəaliyyətinin təşkilinin bəzi iqtisadi və hüquqi aspektləri

 

Babayev Zahir Ağasəf oğlu.

Vergilər Nazirliyinin Tədris Mərkəzi

Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının dosenti

Xülasə

Müəllif bu məqaləsində Qeyri-dövlət pensiya institutlarının formalaşdırılmasının və fəaliyyətinin təşkilinin bəzi hüquqi və iqtisadi aspektlərini araşdıraraq, Azərbaycan Respublikasında əhalinin sosial təminatı ilə bağlı qanunvericilik aktlarında xüsusi ilə təsbit olunmuş normalar çərçivəsində mövcud vəziyyəti təhlil etmişdir. Daha sonra müəllif qeyd edit ki, Qeyri-dövlət pensiya institutları formalaşsa belə bu institutların fəaliyyəti normal investisya mühitindən və maliyyə bazarlarının real vəziyyətindən birbaşa asılı olacaqdır.