XƏBƏRLƏR

ƏLƏT AZAD İQTİSADİ ZONASINDA VERGİTUTMA MƏSƏLƏLƏRİNİN TƏNZİMLƏNMƏSİ

 

i.e.n, dos. Məhərrəmov Ramiz Bulut oğlu

Vergilər Nazirliyinin Tədris Mərkəzi

Tədris və metodika şöbəsinin rəisi

 

Tədqiqatın məqsədi – Ələt azad iqtisadi zonasında vergituttma məsələlərinin araşdırılması;

Tədqiqatın metodologiyası – müqayisəli təhlil, tarixi yanaşma;

Tədqiqatın nəticəsi – yaradılmasına start verilmiş Ələt azad iqtisadi zonasının qanunvericilik bazasında və əlaqəli qanunvericilik aktlarında boşluqların müəyyən edilməsi və bunların aradan qaldırılması üçün təkliflərin verilməsi;

Təhqiqatın məhdudiyyətləri - daha geniş təhlil aparılması üçün qanunvericilik bazalarında  uyğunsuzluqlar;

Tədqiqatın praktiki əhəmiyyəti - Ələt azad iqtisadi zonasında vergitutma məsələləri araşdırılarkən əlaqəli qanunvericilik aktlarına (əsasən Vergi Məcəlləsinə) əlavə və dəyişikliklərin edilməsi;

Tədqiqatın orijinallığı və elmi yeniliyi – ilk dəfə olaraq Ələt azad iqtisadi zonasında vergitutma məsələləri araşdırılmışdır. Digər qanunvericilik aktlarında bununla əlaqədar çatışmazlıqlar müəyyən edilmiş, Azərbaycanda mövcud olan xüsusi vergi rejimində fəaliyyət göstərən müəssisələrin və zonaların vergitutma məsələləri şərh edilmiş və beynəlxalq təcrübə öyrənilmişdir.