Elmi işçi
Elm, innovasiya və əməkdaşlıq şöbəsinin elmi işçisi
I dərəcəli müfəttiş
17 aprel 1986-cı ildə anadan olmuşdur.
2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat ixtisası üzrə bakalavr pilləsini müvəffəqiyyətlə bitirmişdir.
2009-2011-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) İ, BİM və M (İqtisadiyyat, Beynəlxalq İqtisadi Münasibətlər və Menecment) fakültəsinin kompüter riyaziyyatı ixtisası üzrə magistratura pilləsini bitirmişdir.
2015-2019-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisası üzrə doktorantura pilləsini bitirmişdir. “Dövlətin qanunvericilik və inzibatçılıq səylərinin vergi daxilolmalarına təsirinin qiymətləndirilməsi” mövzusunda (Qeyri-səlis nəzəriyyənin iqtisadiyyata tətbiqi) namizədlik dissertasiyasını müddətindən əvvəl uğurla tamamlayaraq müdafiə etmişdir. (Elmi rəhbər: AMEA-nın müxbir üzvü, i.e.d., prof. Akif Fərhad oğlu Musayev)
2011-2017-ci illərdə AMEA-da elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır.
2012-2017-ci illərdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvü (gənc alim), 2012-2015-ci illərdə isə AMEA İTİ GAMŞ katibi olmuşdur.
2016-cı ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İqtisadiyyatın dövlət tənzimlənməsi” kafedrasının müəllimidir.
2019-cu ildə AR Gənclər və İdman Nazirliyi, Yasamal Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş rayon tədbirlərinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə” Fəxri Fərman ilə təltif edilmişdir.
2019-cu ildə AR Gənclər və İdman Nazirliyi, Yasamal Rayon Gənclər və İdman İdarəsi tərəfindən ““2 Fevral – Azərbaycan gəncləri günü” münasibətilə və Dövlət Gənclər Siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətinə görə” Fəxri Fərman ilə təltif edilmişdir.
2020-ci ildəYasamal Rayon İcra Hakimiyyəti tərəfindən ““2 Fevral – Azərbaycan gəncləri günü” münasibəti ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısının 2020-ci il 31 yanvar tarixli 28 nömrəli sərancamı ilə Fəxri Fərmanla təltif edilmişdir.
2016-cı il 24-25 may tarixində keçirilən “Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransı”nın Rəsmi açılışının Təhsil Nazirliyi tərəfindən seçilmiş məruzəçisi olmuşdur.
AMEA Rəyasət Heyətinin "AMEA İqtisadiyyat İnstitunun 60 illiyinin keçirilməsi haqqında" 14 fevral 2018-ci il tarixli qərarını, İqtisadiyyat İnstitutunun Elmi Şurasının 06 oktyabr 2017-ci il tarixli qərarını əsas tutaraq, AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubiley tədbirləri çərçivəsində, ölkənin müxtəlif elmi-tədqiqat müəssisələrində və ali məkəblərində çalışan gənc iqtisadçı tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması məqsədi ilə gənc iqtisadçı tədqiqatçılar arasında müsabiqə qalibidir.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun elan etdiyi “Sosial Şəbəkələrdə Sağlam Gənclik Uğrunda” adlı layihənin rəhbəri, 2014-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun elan etdiyi elmi-tədqiqat layihələri üzrə müsabiqəsində “Multidissiplinar tətbiq sahələrinə malik aktiv antioksidant maddələrin alınması, tədqiqi yollarının elmi əsaslarının işlənib hazırlanması” layihəsinin icraçısı, Azərbaycan Dövlət Neft Şirkəti 2018-ci il üzrə elan etdiyi “Mədən texnoloji yığım-nəql boru kəmərlərinin korroziyasına qarşı mübarizə üsullarının işlənməsi” layihəsinin icraçısı olmuşdur.
8-i impakt faktorlu olmaqla 35-dən çox elmi məqalənin müəllifidir. Beynəlxalq və Respublika əhəmiyyətli konfranslarda, təlim və tədbirlərdə məruzələrlə çıxış etmişdir.