Heyət

Xəlil Əfəndiyev

Baş elmi işçi

Elm, innovasiya və əməkdaşlıq şöbəsinin baş elmi işçisi

Vergi xidməti müşaviri

 

1992-ci ildə Şamaxı şəhərində  anadan olub.

2010-2014-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) İstehsalat Proseslərinin Avtomatlaşdırılması fakultəsinin Amerikanın Corciya Universiteti ilə birgə proqramı olan "Biznesin idarə edilməsi" ixtisası üzrə ingilis dilində təhsil alaraq fərqlənmə diplomu ilə bitirmişdir.

2023-2024-cü illərdə İstanbul Universitetinin "İdarəetmə" fakultəsinin magistratura pilləsi üzrə təhsil almışdır.

2014-2016-cı illərdə Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin Xidmətin təşkili idarəsinin Fəaliyyətin təşkili şöbəsinin Təhlil bölməsində fond hesabı müfəttiş işləmişdir.

Hal-hazırda Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin baş elmi işçisi vəzifəsində çalışır.