Mütəxəssis
Tədris və metodika şöbəsinin mütəxəssisi
Kiçik vergi xidməti müşaviri
1981-ci ildə Şamaxı rayonunda anadan olub.
1988-1999-cu illərdə orta məktəbdə təhsil almışdır.
2000-2001-ci illərdə Azərbaycan ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
2002-ci ildə Azərbaycan Kooperasiya Universitetinə daxil olub və 2007-ci ildə həmin universiteti “Mühasibat uçotu və Audit” ixtisası üzrə bakalavr pilləsini bitirib.
Əmək fəaliyyətinə Azərbaycan Respublikasının dövlət vergi orqanlarında başlamışdır.
2009-cu ilin oktyabr ayından 2020-ci ilin yanvar ayınadək Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsinin Koordinasiya şöbəsində, Vergi borclarının alınması şöbəsində, Vergi ödəyicilərinə xidmət şöbəsində, Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsində böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi, bölmə rəisi və şöbə rəisi vəzifələrində işləmişdir.
2020-ci ildən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin "Tədris və metodika şöbəsi"nin mütəxəssisi vəzifəsində çalışır.
Evlidir, 3 övladı var.