Heyət

Mirəli Kazımov

Mərkəz rəisinin müavini

Tədris Mərkəzinin rəisinin müavini

Baş vergi xidməti müşaviri

 

1974-cü ildə Bakı şəhərində anadan olub.

1991-ci ildə Bakı Maliyyə-iqtisad Kollecində mühasibatlıq ixtisası üzrə, 1997-ci ildə Bakı Dövlət Əmtəəşünaslıq və Kommersiya İnstitutunda (indiki UNEC)  iqtisadçı ixtisası üzrə, 2001-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil almışdır.

2004-cü ildə İqtisadiyyat üzrə fəlsəfə doktoru və 2018-cı ildə Hüquq üzrə elmlər doktoru və 2009-cu ildə Dosent  elmi adı almışdır.

Əmək fəaliyyətinə Bank sistemində başlamışdır.

1988-1994-cü illərdə Bank sistemində əməliyyatçı vəzifəsində işləmişdir.

1994-2012-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin audit, hüquq və digər qurumlarında işləmişdir.

2012-2020-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi rəisinin elmi işlər üzrə müavini vəzifəsində işləmişdir.

2020-ci ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsinin müvəqqəti icraçısı vəzifəsində çalışıb.

Hazırda Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisinin müavini vəzifəsində çalışır.

Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dosenti (2007-ci ildən hal-hazıradək) kimi fəaliyyət göstərmişdir.

50-si xaricdə olmaqla 90 elmi məqalənin müəllifidir.

AMEA-da ölkəmizdə hüquq elminin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının icrası ilə əlaqədar yaradılmış İşçi Qrupunun üzvüdür. 

AMEA-da FD.01.103  Dissertasiya Şurasının üzvüdür.

Azərbaycan Səmti müəyyən etmə Federasiyasının Prezidentidir.

Azərbaycan Respublikası Milli mühasiblər Forumunun Təşkilat Komitəsinin üzvüdür.

“Tərəqqi” medalı (2021-ci il), AMEA-nın Fəxri Fərmanı (2010-cu il), Azərbaycan Respublikası Vergilər Nazirliyinin Fəxri Fərmanı və s. təltif olunmuşdur.

Rus dili, ingilis dili və türk dillərini bilir.