Heyət

Ülkər Kazımova

Mərkəz rəisinin 1-ci müavini

Tədris Mərkəzinin rəisinin birinci müavini

Vergi xidməti müşaviri

 

1985-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1992-2003-cü illərdə orta məktəbdə təhsil almışdır.

2003 - 2008-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili almışdır.

2010-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili ixtisası üzrə magistr təhsili almışdır.

2014-2015-ci illərdə Amerika Birləşmiş Ştatlarının Florida Universitetində beynəlxalq vergi hüququ üzrə ikinci magistr təhsilini almışdır.

2011-2014-cü illərdə Vergilər Nazirliyinin Vergi ödəyicilərinə Xidmət İdarəsində böyük dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.

2015-2019-cu illərdə PWC B.V. şirkətinin Azərbaycan filialında baş vergi məsləhətçisində vəzifəsində çalışmışdır.

2019-2020-ci illərdə Professional Support Company şirkətində vergi və hüquq üzrə köməkçi menecer vəzifəsində çalışmışdır.

2020-2021-ci illərdə Saffron Group Company/Pasha Holding şirkətində vergi və hüquq üzrə menecer vəzifəsində çalışmışdır.

2021-ci ilin aprel ayından Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Vergi inzibatçılığının tədrisi şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2025-ci ildən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisinin birinci müavini vəzifəsində çalışır.

 

LinkedIn vector icon (.EPS + .SVG + .CDR) download for free