Heyət

Tural Abbasov

Baş müəllim

 

1985-ci ildə anadan olmuşdur.

1992-2003-cü illərdə orta məktəbdə təhsil almışdır.

2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi İdarətmə“ fakultəsinin “Beynəlxalq Münasibətlər” ixtisasını bitirmişdir.

2007-2008-ci illərdə Azərbaycan ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

2009-2011-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsinin Əmlakın siyahıya alınması və hüquq-mühafizə orqanları ilə iş bölməsində böyük dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.

2011-2014-cü illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin Təqdim edilməyən bəyannamələrin və vergi borclarının alınması bölməsinin rəisi vəzifəsində çalışmışdır.

2014-2015-ci və 2016-2017-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsində baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.

2015-2016-cı illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Vergi borclarının alınması idarəsinin Risklərin təhlili və nəzarət şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsinin Regional gəlirlər şöbəsinin Vergi öhdəliklərinin icrasına nəzarət bölməsində böyük dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.

2017-ci ilin noyabr ayından Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasında müəllim vəzifəsində çalışır.

Müxtəlif seminar, kurs və təlimlərdə iştirak etmiş və müvafiq sertifikatlar əldə etmişdir, həmçinin Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (Intra-European Organisation of Tax Administrations – IOTA) Vergi borclarının idarəedilməsi üzrə Sahə Qrupunun (Area Group on Debt Management) üzvü olaraq Qrupun müxtəlif iclaslarında iştirak etmişdir.

İngilis, rus, türk dillərini bilir.