Dosent
1958-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1975-1977-ci illərdə Azərbaycan Neft-Kimya zavodunun 7 saylı trestinin Təmir tikinti idarəsində fəhlə işləmişdir.
1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur.
1979-1984-cü illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Maliyyə və kredit” fakültəsində əyani təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir.
1984-1988-ci illərdə AzSSR Dövlət Plan Komitəsi nəzdində Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun Təsərrüfat mexanizminin təkmilləşdirilməsi problemləri bölməsində elmi işçi, sonradan baş elmi işçi vəzifələrində işləmişdir.
1988-1992-ci illərdə Rusiya Hökuməti nəzdində Maliyyə Akademiyasında (indiki Moskva Maliyyə İnstitutu) aspiranturada əyani təhsil almışdır. İqtisad elmləri namizədidir.
1992-2001-ci illərdə Azərbaycan Universitetinin İqtisad və idarəetmə fakultəsinin dekanı, İqtisadi nəzəriyyələr kafedrasının baş müəllimi vəzifəsində işləmişdir.
2001-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergi və vergiqoyma” kafedrasının dosenti, kafedra müdirinin müavini vəzifəsində işləmişdir.
2003-cü ildə “Vergi və vergiqoyma” ixtisası üzrə dosent elmi adı almışdır.
2007-ci ildən indiyədək Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasında 0,5 əvəzçiliklə dosent vəzifəsində işləyir.
2007-ci ildən Vergilər Nazirliyinin Tədris Mərkəzində kafedra müdiri, sonradan şöbə rəisi vəzifəsində işləyir.
70-dən çox elmi məqalənin, 5 dərsliyin, 1 monoqrafiyanın, 5 praktiki metodiki vəsaitin, bir sıra tədris proqramlarının və metodiki göstərişlərin müəllifidir.