Şöbə rəisi
1984-cü ildə Şamaxı şəhərində anadan olmuşdur.
1990-2001-ci illərdə orta məktəbdə təhsil almışdır.
2002 - 2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə bakalavr təhsili almışdır.
2008-2011-ci illərdə Mingəçevir Dövlət Universitetində– İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə təhsil alaraq magistr dərəcəsi əldə etmişdir.
2011-2017-ci illərdə olmuş və Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun dissertasiya şurasının 16 mart 2018-ci il tarixli iclasında “Sahə iqtisadiyyatı” ixtisası üzrə dissertasiya işini uğurla müdafiə etmişdir.
2007-2008-ci illərdə “Veysəloğlu-Yaycılı Qardaşlar”MMC-də uçotçu mühasib vəzifəsində çalışmışdır.
2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyinin Dağlıq Şirvan regional şöbəsində baş məsləhətçi vəzifəsində çalışmışdır.
2011-2012-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.
2012-2014-cü illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsinin Audit şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.
2015-2016-cı illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin İqtisadiyyat və menecment kafedrasında müəllim vəzifəsində çalışmışdır.
2018- 2020-cı illərdə Azərbaycan Universitetinin “Maliyyə və iqtisadiyyat” kafedrasının saat hesabı müəllimi vəzifəsində çalışmışdır.
2017-2021-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının dosenti vəzifəsində çalışmışdır.
2021-ci ildən Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi vəzifəsində çalışır.
2022-ci ildən Bakı Dövlət Universitetinin ''Mülki proses və kommersiya hüququ'' kafedrasının saat hesabı müəllimi vəzifəsində çalışır.
2022-ci ildən Dövlət İmtahan Mərkəzinin PMS ikinci mərhələ üzrə eksperti kimi fəaliyyət göstərir.
Həmçinin Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan Peşəkar Mühasib Sertifikasiyası üzrə imtahanların hər iki mərhələsində uğur qazanaraq müvafiq sertifikata laiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
15 – dən çox elmi məqalənin müəllifidir.