Mərkəz rəisinin müavini
1974-cü ildə Bakı şəhərində anadan olub.
1991-ci ildə Bakı Maliyyə-iqtisad Kollecində mühasibatlıq ixtisası üzrə, 1997-ci ildə Bakı Dövlət Əmtəəşünaslıq və Kommersiya İnstitutunda (indiki UNEC) iqtisadçı ixtisası üzrə, 2001-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil almışdır.
İqtisadiyyat üzrə fəlsəfə doktoru (2004-cü il) və Hüquq üzrə elmlər doktoru (2018-cı il) elmi dərəcəsi və Dosent (2009-cu il) elmi adı var.
Əmək fəaliyyətinə Bank sistemində başlamışdır.
1988-1994-cü illərdə Bank sistemində əməliyyatçı vəzifəsində işləmişdir.
1994-2012-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin audit, hüquq və digər qurumlarında işləmişdir.
2012-2020-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi rəisinin elmi işlər üzrə müavini vəzifəsində işləmişdir.
2020-ci ildən hal-hazıradək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsinin müvəqqəti icraçısıdır.
Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dosenti (2007-ci ildən hal-hazıradək) kimi fəaliyyət göstərmişdir.
Çapdan çıxmış 90 elmi əsərin, Xaricdə çıxmış 48 elmi əsərin müəllifidir.
AMEA-da ölkəmizdə hüquq elminin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının icrası ilə əlaqədar yaradılmış İşçi Qrupunun üzvüdür.
AMEA-da FD.01.103 Dissertasiya Şurasının üzvüdür.
Azərbaycan Səmti müəyyən etmə Federasiyasının Prezidentidir.
Azərbaycan Respublikası Milli mühasiblər Forumunun Təşkilat Komitəsinin üzvüdür.
“Tərəqqi” medalı (2021-ci il), AMEA-nın Fəxri Fərmanı (2010-cu il), Azərbaycan Respublikası Vergilər Nazirliyinin Fəxri Fərmanı və s. təltif olunmuşdur.
Rus dili, ingilis dili və türk dillərini bilir.