Heyət

Zahir Babayev

Dosent

1982-ci ildə anadan olmuşdur.

1999-cu ildə Lahıc qəsəbə orta məktəbini yüksək qiymətlərlə bitirmişdir.

2003-cü ildə ödənişsiz əsaslarla Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universtetinin hüquq fakultəsinin bakalavr pilləsini , 2005-ci ildə həmin Universtetin Ədliyyə Nazirliyinin Kriminalistika və Kriminologiya Problemləri institutu ilə birgə təşkil  etdiyi proqram əsasında magistratura pilləsini “Heydər Əliyev” təqaüdü və fərqlənmə diplomları ilə bitirmişdir.

2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluqçularını yenidən hazırlanması və ixtisasartırması fakultəsində “Azərbaycan Respublikasinda Dövlət Siyasəti” proqramı üzrə ixtisasartırma kursunu bitirmişdir.

2019-cu ildə Bakı Dövlət Universtetini ilk alim-tələbə məzunu kimi  “Beynəlxalq münasibətlər və İqtisadiyyat” fakültəsini bitirmişdir.

2005-2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq İnstitutunun “Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq” şöbəsinin dövlət sifarişli-əyani aspiranturasında təhsil almışdır.

2007-ci ildə Belçika Krallığının paytaxtı Brüssel şəhərində yerləşən NATO-nun Baş İqamətgahında və Mons şəhərindəki Müttəfiq Qüvvələrin Avropa Birləşmiş Baş Komandanlığının Qərargahında (SHAPE) tədqiqata göndərilmişdir.

 2006-cı ildə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin təşkil etdiyi “Liderlik, Təşkilati quruculuq” kursunu, 2007-ci ildə Məhkəmə-Hüquq Şurasının təşkli etdiyi “İnsan hüquqlarını təmin edilməsində ölkədaxili və beynəlxalq vasitələr” mövzusunda tədris kursunu bitirmişdir.

2009-cu ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun  “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” şöbəsində Elmi işçi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyanın Gənc Alimlər Şurasının İdarə Heyətinin üzvü seçilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının xüsusi əmri ilə dissertasiyasının elmi əhəmiyyəti və aktuallığı nəzərə alınaraq, bir sıra xarici ölkələrin nüfuzlu alimlərinin iştirakı ilə müstəsna hal kimi limitdən və növbədən kənar  müdafiəsi təşkil edilmiş və 26.09.2012-ci il tarixində beynəlxalq hüquq ixtisasında hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

2012-ci ildə Dövlət qulluguna qəbulla bağlı müraciət etmiş, TQDK tərəfindən keçirilən imtahanın test mərhələsindən müvəffəqiyyətlə keçmiş, müsahibə mərhələsində Respublika üzrə ən yüksək bal toplayaraq 3 oktyabr 2013-cü il tarixdən Vergilər Nazirliyin Tədris Mərkəzinin Vergi qanunvericiliyi və hüquq kafedrasının dosenti təyin edilmişdir.

Ali məktəblər üçün tədris vəsaiti kimi nəzərdə tutulmuş bir dərsliyin və bir neçə tədris proqramının həmmüəllifi, nüfuzlu elmi toplularda nəşr olunmuş 30 elmi məqalənin müəllifidir.