Heyət

Ülkər Kazımova

Şöbə rəisi

 

1985-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1992-2003-cü illərdə orta məktəbdə təhsil almışdır.

2003 - 2008-cı illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili almışdır.

2010-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili ixtisası üzrə magistr təhsili almışdır.

2014-2015-ci illərdə Amerika Birləşmiş Ştatlarının Florida Universitetində beynəlxalq vergi hüququ üzrə ikinci magistr təhsilini almışdır.

2011-2014-cü illərdə Vergilər Nazirliyinin Vergi ödəyicilərinə Xidmət İdarəsində böyük dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.

2015-2019-cu illərdə PWC B.V. şirkətinin Azərbaycan filialında baş vergi məsləhətçisində vəzifəsində çalışmışdır.

2019-2020-ci illərdə Professional Support Company şirkətində vergi və hüquq üzrə köməkçi menecer vəzifəsində çalışmışdır.

2020-2021-ci illərdə Saffron Group Company/Pasha Holding şirkətində vergi və hüquq üzrə menecer vəzifəsində çalışmışdır.

2021-ci ilin aprel ayından Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Vergi inzibatçılığının tədrisi şöbəsində şöbə rəisi vəzifəsində çalışır.