Şöbə rəisi
Tədris və metodika şöbəsinin rəisi
Vergi xidməti müşaviri
1989-cu il 29 oktyabrda Gəncə şəhərində anadan olub.
2011-ci ildə Azərbaycan Texniki Universitetinin “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə bakalavr təhsilini bitirmişdir.
2014-cü ildə Azərbaycan Kooperasiya Institutunu “Gömrük işinin təşkili” ixtisası üzrə magistratura təhsilini bitirmişdir.
2013-cü ildən Vergilər Nazirliyinin Tədris Mərkəzinin mühasibatlığın xəzinədarı vəzifəsi üzrə əmək fəaliyyətinə başlamışdır.
2014-2024-cü illərdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin "Tədris və metodika şöbəsi"nin mütəxəssisi, baş mütəxəssisi vəzifələrində çalışmışdır.
2024-cü ildən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin "Tədris və metodika şöbəsi"nin rəisi vəzifəsində çalışır.