Aparıcı mütəxəssis
Keyfiyyət təminatı bölməsinin aparıcı mütəxəssisi
Kiçik vergi xidməti müşaviri
7 dekabr 1985-ci ildə Astara şəhərində anadan olmuşdur.
1992-2003-cü illərdə orta məktəbdə təhsil almışdır.
2003-2007-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının “İqtisadiyyat, Beynəlxalq İqtisadi Münasibətlər və Menecment“ fakültəsinin “Kompüter riyaziyyatı” ixtisası üzrə bakalavr pilləsini bitirmişdir.
2007-2008-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində hərbi xidmətdə olmuşdur.
2017-ci ildə Regionlararası Heyətin İdarə edilməsi Akademiyasında (Kiyev) “Administrativ menecment” ixtisası üzrə magistratura pilləsini bitirmişdir.
2009-2013-cü illərdə "Dekabank" KB ASC kommersiya bankının İnformasiya Texnologiyaları Departamentində “Sistem administratoru”, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində “İT menecer”, "Azersun Holding MMC"də “Kompüter mühəndisi”, "Gens Elektrik" MMC-də- “İT menecer“ vəzifələrində işləmişdir.
2013-2014-cü illərdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin “İqtisadiyyat və menecment” kafedrasında müəllim vəzifəsində işləmişdir.
2014-2019-cu illərdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin Tədris və metodika şöbəsinin texniki vəsaitlərin öyrənilməsi və tətbiqi üzrə mütəxəssisi vəzifəsində işləmişdir.
2020-ci ildən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Keyfiyyət təminatı bölməsində aparıcı mütəxəssis vəzifəsində çalışır.