Bölmə rəisi
Keyfiyyət təminatı bölməsinin rəisi
I dərəcəli müfəttiş
1976-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1993-cü ildə Bakı şəhəri 46 saylı orta məktəbi bitirmişdir.
1997-ci ildə Azərbaycan Dillər Universitetində Dilçilik (xarici dil) İngilis dili ixtisası üzrə bakalavr təhsilini bitirmişdir.
2000-ci ildə Azərbaycan Dillər Universitetində Filologiyası (xarici dil) İngilis dili üzrə magistr təhsilini bitirmişdir.
1997-1998-ci illərdə Oil İndustry and Engineering Company şirkətində Layihə köməkçisi kimi əmək fəaliyyətinə başlamışdır.
2003-cü ildə CCİC (Consolidated Contractors International Co.) şirkətində Bakı-Ceyhan-Tiflis Layihəsində mütəxəssis vəzifəsində çalışıb.
2004-2007-ci illərdə AZFEN-TEKFEN-AMEC konsorsiumunda Təlim koordinatoru və təlimçi vəzifələrində çalışıb.
2007-2008-ci illərdə Vest Consultantig şirkətində Təlim meneceri vəzifəsində çalışıb.
2008-2011-ci illərdə Britaniya Şurasında Avropa İttifaqının Turizm sahəsi üzrə Pilot layihəsində Ofis menecer vəzifəsində çalışıb.
2011-2015-ci illərdə AR Təhsil Nazirliyində Dünya Bankının “Dövlət İşçilərinin Kadr Potensialının Gücləndirilməsi” Layihəsində Təlim koordinatoru vəzifəsində çalışıb.
2016-cı ildə Beynəlxalq Miqrasiya Təşkilatında (İOM) "layihə əməkdaşı" vəzifəsində çalışıb.
2016-2019-cu illərdə Gilan Holdinqa məxsus Kənd təsərrüfatı Qrupunda və AFB bankda "təlim meneceri"vəzifəsində çalışıb.
2019-cu ildən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin "Keyfiyyət təminatı bölməsi"nin rəisi vəzifəsində çalışır.
İnsan resursları və təlim sahəsində ölkəmizdə və dünyanın müxtəlif dövlətlərində seminar və təlimlərdə iştirak etmiş və müvafiq sertifikatlar əldə etmişdir.
İngilis və rus dillərini bilir.