Aparıcı mütəxəssis
Layihələrlə iş və inkişaf bölməsinin aparıcı mütəxəssisi
Vergi xidməti müşaviri
18 sentyabr 1973-cü ildə Bakı şəhərində anadan olub.
1980-1990-ci illərdə orta məktəbdə təhsil alıb.
1990-1993-cü illərdə Bakı Kompüter Litseyini bitirib.
1993-1997-ci illərdə Azərbaycan Universitetində Riyaziyyat və informatika kafedrasında operator vəzifəsində çalışıb.
1995-2000-ci illərdə Lənkaran Dövlət Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi” fakültəsinin qiyabi şöbəsinin bakalavr pilləsini bitirib.
1997 - 1999-cu illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində Ali və orta ixtisas təhsil idarəsində laborant vəzifəsində çalışıb.
1999 - 2000-ci illərdə Odlar Yurdu Universtetində çalışıb.
2000 - 2003-cü illərdə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin fond hesabı müfəttiş vəzifəsində çalışıb.
2003- 2008-ci illərdə həmin şöbənin Kadrlar üzrə - mütəxəssis vəzifəsində çalışıb.
2008-ci ildən Kadrlar üzrə aparıcı mütəxəssisi, "Layihələrlə iş və inkişaf bölməsi"nin aparıcı mütəxəssisi vəzifəsində çalışır.