Heyət

Xəlil Əfəndiyev

Baş elmi işçi

Elm, innovasiya və əməkdaşlıq şöbəsinin, Baş elmi işçisi
2-ci dərəcəli müfəttiş  

1992-ci ildə Şamaxı şəhərində  anadan olub.

2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının(İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) İstehsalat Proseslərinin Avtomatlaşdırılması fakultəsinin Amerikanın Corciya Universiteti ilə birgə proqramı olan Biznesin idarə edilməsi ixtisasına qəbul olunmuşdur. Ali təhsilini ingilis dilində alaraq 2014-cü ildə  həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.

2014-2016-cı illərdə Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin Xidmətin təşkili idarəsinin Fəaliyyətin təşkili şöbəsinin Təhlil bölməsində fond hesabı müfəttiş işləmişdir.

Hal-hazırda Tədris Mərkəzinin Elmi-tədqiqat bölməsində baş elmi işçi vəzifəsində çalışır.