Dosent
İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsinin dosenti
Vergi xidməti müşaviri
1980-ci ildə anadan olub.
1986-1997-ci illərdə orta məktəbdə təhsil alıb.
1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. 2001-ci ildə həmin universiteti bakalavr, 2003-cü ildə magistratura təhsil pillələri üzrə fərqlənmə diplomları ilə bitirib.
2003-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergi və vergiqoyma” kafedrasının aspirantı olub.
2009-cu ildə Beynəlxalq Daxili Auditorlar İnstitutunun tədris proqramına uyğun olaraq Auditorlar Palatasında keçirilən “Daxili Auditin Əsasları” kursunda iştirak edib.
2003-2010-cu illərdə bir sıra özəl müəssisələrdə mühasib, baş mühasib və auditor kimi çalışıb.
2010-cu ildən Vergilər Nazirliyinin Tədris Mərkəzinin “Vergi metodologiyası” kafedrasının, 2012-ci ildən “İqtisadiyyat və menecment” kafedrasının dosenti, hazırda isə "İqtisadiyyat və idarəetmənin tədrisi" şöbəsinin dosenti vəzifəsində çalışır.
Beynəlxalq mühasibat uçotunun əsasları və Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom kurslarında iştirak edib və sertifikat əldə edib.
2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
15-dən çox elmi məqalənin müəllifidir.