Heyət

İmran Qarayev

Şöbə rəisi

İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsinin rəisi
kiçik vergi xidməti müşaviri

1960-cı ildə Bakı şəhərində anadan olmuşdur.

1977-ci ildə Bakı şəhərinin Nizami rayonun 238 saylı məktəbini bitirmişdir.

1977-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakultəsinə daxil olmuş, 1982 – ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

1982-ci ildə Milli Elmlər Akademiyasının Kibernetika institutunda mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamışdır.

1984-cü ildə SSSR Elmlər Akademiyasının Mərkəzi Riyazi İqtisadiyyat İnstitutunun aspiranturasına qəbul edilmiş və 1987 – ci ildə həmin aspiranturanı bitirərək Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitunda elmi fəaliyyətə başlamışdır.

1984 - 2000-ci illərdə Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş labarant, elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışmışdır.

1989-cu ildə “ Əhalinin gəlir və xərclərinin differensiallaşdırılmış balans modellərinin qurulması üsullarının təkmilləşdirilməsi” mövzusunda dissertasiya işi müdafiyə edərək İqtisad elmləri namizadi üzrə alimlik dərəcəsi almışdır.

2000 – 2003-ci illər ərzində İqtisadi İnkişaf Nazirliyinin Sosial Siyasət şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2003 – 2011-ci illərdə Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır.

2012 – 2013-cü illərdə Vergilər Nazirliyinin Strateji Araşdırmalar idarəsinin rəisi vəzifəsində və 2013 –cü ildən isə Vergilər Nazirliyinin Tədris Mərkəzində bölmə rəisi və kafedra müdüri vəzifələrində çalışır.

Müxtəlif illərdə əvəzçiliklə Bakı Dövlət Universitetinin dosenti, Hərbi Akademiyanın professoru vəzifələrində çalışmışdır.

30 –dan artıq elmi məqalənin müəllifidir. Beynəlxalq və Respublika əhəmiyyətli konfranslarda çıxış etmişdir.