XƏBƏRLƏR

Vergilər Nazirliyinin Tədris Mərkəzində “İnsan Resurslarının inkişafı üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq Layihəsi çərçivəsində görüş keçirilmişdir

İcrası 1 Sentyabr 2014 – cü il tarixində başlayan “İnsan Resurslarının inkişafı üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək”  Tvinninq Layihəsinin əsas məqsədi Azərbaycan Vergi Administrasiyasında səmərəliliyin və effektivliyin artırılması, həmçinin daha yaxşı motivasiya edilmiş, hazırlıqlı və təlim keçmiş peşəkar kadrlardan istifadə etməklə Aİ-nin müasir prinsiplərinə uyğun olaraq vergi idarəçiliyinin təkmilləşdirilməsində Vergilər Nazirliyinə dəstək olmaqdır.

Layihə çərçivəsində Vergilər Nazirliyinin Tədris Mərkəzində oktyabrın 6-da növbəti görüş keçirilmişdir. Görüşdə İspaniya Vergilər Administrasiyası tərəfindən İnsan resursları departamentinin direktoru Manolo Rufas Vales, İspaniya Maliyyə Nazirliyinin Fiskal Tədris İnstitutunun Xüsusi öyrənmələr şöbəsinin direktoru Gonzalo Gomes de Liano, Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnsan Resursları idarəsinin rəisi Faiq Şahbazov, Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov və Mərkəzin təhsil işləri üzrə rəis müavini Ceyhun Mehdiyev iştirak etmişlər.

Görüşdə 2 il ərzində Vergilər Nazirliyində Layihə ilə əlaqədar görülmüş işlər, kadr inkişafının müsbət cəhətləri, İspaniya təcrübəsindən Vergilər Nazirliyində tətbiq olunan əsas məqamları geniş müzakirə olundu, gələcək əməkdaşlıgın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.