gallery6

“Vergi qanunvericiliyi” və “Vergi inzibatçılığı” təlim blokları üzrə imtahan vermiş əməkdaşlar sertifikat almışlar

26.07.2016

Dövlət vergi orqanlarında operativ vergi nəzarəti və vergi ödəyicilərinin uçotu sahələrində çalışan əməkdaşlar 26 iyul 2016-cı il tarixdə Tədris Mərkəzində sertifikatlaşdırma ilə bağlı imtahan vermişlər. İmtahan “Dövlət vergi orqanlarında müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqların sertifikatlaşdırılması Qaydaları”na uyğun olaraq keçirilmişdir.

“Operativ vergi nəzarəti” və “Vergi ödəyicilərinin uçotu” fəaliyyət sahələri üzrə “Vergi inzibatçılığı” təlim bloku üzrə imtahanda 31 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 21 nəfəri 1-ci dərəcəli, 8 nəfəri 2-ci dərəcəli, 1 nəfəri isə 3-cü dərəcəli sertifikat almışdır. Qeyd edək ki, imtahanların yekun nəticəsinə görə 91–100% nəticə göstərmiş əməkdaşa 1-ci dərəcəli, 81–90% nəticə göstərmiş əməkdaşa 2-ci dərəcəli və 70–80% nəticə göstərmiş əməkdaşa isə 3-cü dərəcəli sertifikat verilir.

“Operativ vergi nəzarəti” sahəsi üzrə 1-ci dərəcəli sertifikat almış əməkdaşlar aşağıdakılardır:

  1. Yunusov Ruslan İsmayıl oğlu - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departament ;
  2. Zöhrabova Alidə Əhliman qızı - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti;
  3. Əhmədov Əflatun Hüseyn oğlu - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti;
  4. Hacıyev Pərviz Mehman oğlu - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti;
  5. Əliyev Toğrul Əlikiram oğlu - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti;
  6. İsgəndərov İsmayıl Ədalət oğlu - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti;
  7. Abdullayev Elşən Mehman oğlu - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti;
  8. Bahadurlu İqbal Zakir oğlu - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti;
  9. Qaybalıyev Elçin Musa oğlu - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti;
  10. Məmmədov Yaşar Hadı oğlu - 12 saylı  Ərazi Vergilər Departamenti;
  11. Babayev Ziya İsa oğlu - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti;
  12. Qafarov Tərlan Mehman oğlu - 3 saylı  Ərazi Vergilər İdarəsi;
  13. Əliyev Bəhruz Faiq oğlu - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti.

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Operativ nəzarət idarəsinin Təhlil və planlaşdırma şöbəsinin dövlət vergi müfəttişi Cəfərov Rasim Rəsul oğlu “Vergi inzibatçılığı” təlim blokundan zəif nəticə göstərmiş və onun imtahan nəticəsi “qeyri-kafi” qiymətləndirilmişdir. 

“Vergi ödəyicilərinin uçotu” sahəsi 1-ci dərəcəli sertifikat almış əməkdaşlar aşağıdakılardır:

  1. Əzizov Musa Eldar oğlu - 14 saylı Ərazi Vergilər İdarəsi;
  2. Ələkbərov Kamal İsrayıl oğlu - 12 saylı  Ərazi Vergilər Departamenti; 
  3. Ağalarova Vəfa Əlixan qızı - 8 saylı  Ərazi Vergilər İdarəsi;
  4. Məmmədova Gülnar Ziyad qızı - 12 saylı  Ərazi Vergilər Departamenti; 
  5. Mahmudov Taleh İsmayıl oğlu - 2 saylı Ərazi Vergilər Departamenti;
  6. Hacıxanov Aqil Ələkbər oğlu - 13 saylı Ərazi Vergilər İdarəsi;
  7. Aşırov Xətai İnqilab oğlu - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti;
  8. Babayeva Lalə Abbas qızı - 2 saylı Ərazi Vergilər Departamenti.

İmtahan komissiyasının sədri, Tədris və insan resurslarının inkişafı sahələri üzrə nazirin müşaviri Ələkbər Məmmədov və komissiyanın üzvü, Mərkəzin rəisi Əli Həsənov imtahan komissiyası adından əməkdaşları təlimin uğurla yekunlaşması ilə əlaqədar təbrik etdilər, onlara sertifikatlar təqdim edərək gələcək fəaliyyətlərində uğurlar arzuladılar.