XƏBƏRLƏR

Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir

      

1 oktyabr 2021-ci il tarixdə pandemiya ilə bağlı müəyyən olunmuş tələblərə riayət edilməklə Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda 2021-ci ilin 9 ayı ərzində Tədris Mərkəzinin struktur vahidləri tərəfindən görülən işlərə dair hesabatlar, tədqiqat üçün mövzuların müəyyən edilməsi, Mərkəzin rəsmi internet səhifəsinin təkmilləşdirilməsi və cari məsələlər müzakirə olunmuşdur. İclasın yekunu olaraq tədrisin keyfiyyətinin yüksəldilməsi, tədris materiallarının yenilənməsi, Mərkəzin internet səhifəsinin təkmilləşdirilməsi, sosial şəbəkələr ilə bağlı zəruri işlərin aparılması, tədiqat üçün mövzuların müəyyən edilməsi, elmi konfransın təşkili və s. məsələlər üzrə müvafiq qərarlar qəbul olunmuşdur.