gallery6

“Peşə fəaliyyətinin ümumi əsasları” təlim blokunun növbəti təlimi sona çatmışdır

13.07.2016

Vergilər Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili Qaydaları”na uyğun olaraq dövlət vergi orqanlarına müsabiqə ilə işə qəbul edilmiş əməkdaşlar üçün 23 iyun 2016-cı il tarixdən 13 iyul 2016-cı il tarixədək Tədris Mərkəzində “Peşə fəaliyyətinin ümumi əsasları” təlim blokunun növbəti təlimi olmuşdur.

Stajçı dinləyicilərin hər biri test imtahanından əvvəl 5-10 dəqiqə ərzində bir sərbəst mövzunun təqdimatını keçirmişlər. Aşağıdakı əməkdaşlar təqdimat zamanı fərqlənmişlər:

- Kərimov Kamil Fazil oğlu – Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Bəyannamələr idarəsinin 7-ci bölməsinin dövlət vergi müfəttişi;

- İsmayılov Xəyal Şəfaqət oğlu – 9 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 1-ci bölməsinin dövlət vergi müfəttişi;

- Qurbanova Aybəniz Elman qızı – 12 saylı Ərazi Vergilər Departamentinin Hüquq şöbəsinin baş hüquqşünası;

- Nəcəfquliyev Ramil Nurəddin oğlu – 5 saylı Ərazi Vergilər İdarəsinin Hüquq bölməsinin hüquqşünası.

Əməkdaşların “Peşə fəaliyyətinin ümumi əsasları” təlim bloku üzrə bilik və bacarıqları mənimsəmə səviyyəsi test üsulu ilə onlayn rejimdə təşkil olunan imtahan vasitəsilə qiymətləndirilmişdir. İmtahanın nəticəsi toplanılan balın toplanması mümkün olan maksimum bala görə faizi kimi müəyyən edilir. Bu blok üzrə minimal mənimsəmə səviyyəsi 70% qəbul olunmuşdur.

Əməkdaşların qiymətləndirilməsi zamanı 8 nəfər stajçı əməkdaş yüksək nəticə göstərərək “əla” və 7 nəfər  stajçı əməkdaş isə “yaxşı” qiymətlər almışlar. Aşağıdakı dinləyicilər “əla” qiymətlər almışlar:

- Güləliyev Tofiq Yavər oğlu - 3 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi

- İsmayılov Xəyal Şəfaqət oğlu - 9 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 1-ci bölməsinin dövlət vergi müfəttişi

- Əhmədzadə Elxan Nazir oğlu - Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin Maliyyə institutlarında vergi monitorinqi idarəsinin Maliyyə institutlarında vergi əməletməsinə nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi

- Yusifov Yusif Avaz oğlu - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Qarşılıqlı əməliyyatların təhlili idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi

- Qəniyeva Şahnaz Təyyar qızı - Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin Birbaşa əlaqə şöbəsinin böyük hüquqşünası

İmtahan komissiyasının sədri, Tədris və insan resurslarının inkişafı sahələri üzrə nazirin müşaviri Ələkbər Məmmədov imtahan komissiyası adından stajçı əməkdaşları təlimin uğurla yekunlaşması ilə əlaqədar təbrik etdi, onlara sertifikatlar təqdim edərək gələcək fəaliyyətlərində uğurlar arzuladı.