gallery6

Tədris Mərkəzinin Elmi Şurasının iclası keçirilib

28.01.2020

28 yanvar 2020-ci il tarixdə Tədris Mərkəzinin Elmi Şurasının iclası keçirilmişdir. İclasda Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsi tərəfindən 2019-cu ildə “Transfer qiymətləndirmə prosesində səmərəliliyin gücləndirilməsi” mövzusunda yerinə yetirilməli olan elmi-tədqiat plan işinin icra vəziyyəti, habelə Mərkəz tərəfindən 2020-ci ildə yerinə yetirilməli olan elmi-tədqiqat plan işinin, elmi seminarların mövzuların adlarının müəyyən edilməsi və s. cari məsələlər müzakirə olunmuşdur. Müzakirələrin nəticəsi olaraq Tədris Mərkəzinin 2019-cu il üçün elmi-tədqiqat plan işinin nəticələri bəyənilmiş, “Vergidən yayınma əməllərinə görə cinayət məsuliyyəti: Azərbaycan Respublikası ilə Avropa ölkələrinin təcrübəsinin müqayisəli təhlili” adında elmi-tədqiqat plan mövzusu 2020-ci il üçün təsdiq olunmuşdur.

Elmi Şurada həmçinin qanunvericilikdə edilmiş dəyişikliklər əsasında Tədris Mərkəzinin Elmi Şurasının Əsasnaməsinın təkmilləşdirilməsinə dair təkliflər layihəsinin işlənib hazırlanması, elmi məqalələrə dair tematik mövzuların siyahısının müəyyən edilməsi, ilkin peşə hazırlığı və funksional fəaliyyət istiqamətləri üzrə ixtisasartırma kurslarının nümunəvi tədris mövzu plan və proqramının (sillabusunun) hazırlanaraq baxılması üçün Vergilər Nazirliyinə təqdim olunması və s. məsələlər üzrə qərarlar qəbul olunmuşdur.