gallery6

Vergilər Nazirliyinin nümayəndəsi “Azərbaycanın iqtisadi inkişaf strategiyası” mövzusunda keçirilən konfransda iştirak edib

26.12.2019

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanın iqtisadi inkişaf strategiyası” mövzusunda Respublika Elmi Konfransı keçirilib. Konfransda Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafı ilə əlaqədar imzaladığı Strateji Yol Xəritələri haqqında UNEC-in rektoru, professor Ədalət Muradov geniş məruzə ilə çıxış etmişdir.

Konfransda Vergilər Nazirliyinin Tədris Mərkəzini rəis müavini Mirəli Kazımov təmsil etmişdir.

Konfransda İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun, 5-ci çağırış Milli Məclisin deputatı Tahir Mirkişilinin, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəylinin və digərlərinin məruzələri dinlənilmişdir.

Konfrans işini “Azərbaycan iqtisadiyyatının müasir vəziyyəti və inkişaf problemləri”, “İqtisadi islahatlar: sahibkarlığın inkişafı və iqtisadi diversifikasiyası”, “Azərbaycanın müasir maliyyə sistemi: yeni çağırışlar və perspektivlər” və  “Azərbaycan qlobal iqtisadiyyat sistemində: yeni imkanlar və perspektivlər” adlı bölmələrdə davam etdirmişdir.