gallery6

Xəzər Rayon Gənclər Evində tədbir keçirilmişdir

31.07.2019

31.07.2019-cu il tarixində Xəzər Rayon Gənclər Evində BMT İnkişaf Proqramının təşkilatçılığı ilə “Cənubi Qafqazda Qadınların İqtisadi Gücləndirilməsi” layihəsi çərçivəsində “Formal əmək fəaliyyətinə cəlb olunma ilə, qadınların iqtisadi aktivlik dərəcəsinin artırılmasına hədəflənmiş fərqindəlik kampaniyası” başlığı altında tədbir keçirilmişdir. Tədbirin məqsədi əmək bazarında şəffaflığa nail olunması, xüsusilə qadınların formal əməyə cəlb edilməsi istiqamətində dövlətin həyata keçirdiyi islahatlara dəstək verməkdən ibarət olmuşdur.

Bir sıra aidiyyəti dövlət və özəl qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə Tədris Mərkəzinin Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının baş müəllimi, vergi xidməti müşaviri Fariz Yadigarov da məruzəçi kimi çıxış etmişdir. O öz çıxışında əmək bazarında şəffaflaşmanın ümumi iqtisadi inkişafdakı əhəmiyyətli rolu, işçilərlə əmək müqaviləsi bağlanmasının əhəmiyyəti, bu sahədə qanun pozuntularına qarşı qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri barədə iştirakçılara məlumat vermişdir. Bundan əlavə olaraq vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər, həmçinin konkret məsələlərlə bağlı iştirakçıların sualları cavablandırılmışdır.