gallery6

BDU-nun ilk alim-tələbə məzunu Vergilər Nazirliyinin əməkdaşıdır!

18.07.2019

Zahir Ağasəf oğlu Babayev 1982-ci ildə İsmayıllı rayonun Əhən kəndində anadan olmuşdur. 1888-ci ildə əsası qoyulmuş Lahıc qəsəbə orta məktəbini 1999-cu ildə yüksək qiymətlərlə bitirmişdir. Onun adı doğma məktəbinin şərəf lövhəsində ilk hüquq üzrə fəlsəfə doktoru kimi qeyd olunub.

Əsası 1919-cu ildə qoyulmuş Bakı Dövlət Universtetini yüz illik yubley təntənəsi ilə, yəni 2019-cu müvəffəqiyyətlə bitirərək ilk alim-tələbə məzun kimi adını bu ali təhsil ocağının tarixinə yazmışdır.

O, 5 yaşından hazırlıq sinifinə qəbul olunmuş və bu gün 33 illik-bir qərinəlik təhsil illərini xoş xatirələrlə nəzərdən keçirir.

Onu təhsil alıb tədqiqat apardığı elm və təhsil mərkəzləri arasında Bakı Dövlət Universteti iə yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun “Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq” şöbəsi, ABŞ Beynəlxalq Respublikaçılar İnstitutu, NATO-nun Elm və Diplomatiya bölməsi və s. nüfuzlu təşkilatlar yer alır.

Zahir Babayev 2005-2009-cu illərdə Beynəlxalq Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, 2009-2013-cü illərdə Beynəlxalq Təhlükəsizlik Məsələlərinə dair Tədqiqatlar Mərkəzinin icraçı direktoru kimi elmi-tədqiqat işləri aparmışdır.

2009-cu ildə aspirantura təhsilini uğurla başa vurduğuna görə onu  aspirantı olduğu Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq İnstitutunun  “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” şöbəsində Elmi işçi vəzifəsinə təyin ediblər və bununla yanaşı Azərbaycan Milli Elmlər Akademiyanın Gənc Alimlər Şurasının İdarə Heyətinin üzvü seçilmişdir.

2006-2019-cu illərdə bir neçə beynəlxalq elmi simpoziumlarda, o cümlədən Beynəlxalq Təhlükəsizliyə və Mədəniyyətlərarası  Dialoqa həsr edilmiş beynəlxalq forumlarda iştirak etmiş, postsovet məkanında ilk dəfə olaraq araşdırılan “Müstəqillik qazanmış Postsovet ölkələrinin NATO-ya inteqrasiyasının beynəlxalq-hüquqi problemləri” mövzusu ilə əlaqədar 2007-ci ildə Belçika Krallığının paytaxtı Brüssel şəhərində yerləşən NATO-nun Baş İqamətgahına və Mons şəhərindəki Müttəfiq Qüvvələrin Avropa Birləşmiş Baş Komandanlığının Qərargahına (SHAPE) tədqiqata göndərilmişdir.

1999-2019-cu illər ərzində onlarla elmi məqaləsi respublikamızın, eləcədə Moskva, Ukrayna və Gürcüstanın Hüquq Akademiyalarında, NATO-nun nəşr etdirdiyi “Diplomatiya və Hüquq” jurnalında, Azərbaycan Respublikasının ən nüfuzlu elmi toplusu sayılan AMEA-nın Elmi Məruzələrində  və digər nüfuzlu elmi toplularda nəşr olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının xüsusi əmri ilə dissertasiyasının elmi əhəmiyyəti və aktuallığı nəzərə alınaraq, bir sıra xarici ölkələrin nüfuzlu alimlərinin iştirakı ilə müstəsna hal kimi limitdən və növbədən kənar  müdafiəsi təşkil edilmiş və 26.09.2012-ci il tarixində beynəlxalq hüquq ixtisasında hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

2012-ci ildə Dövlət qulluguna qəbulla bağlı müraciət edərək Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test mərhələsindən müvəffəqiyyətlə keçmiş və sonradan Vergilər Nazirliyində keçirilən müsahibədən Respublika üzrə ən yüksək bal toplayaraq, 3 oktyabr 2013-cü il tarixdən Vergilər Nazirliyin Tədris Mərkəzinin Vergi qanunvericiliyi və hüquq kafedrasının dosenti təyin edilmiş və hal-hazırda həmin Tədris Mərkəzində fəaliyyətini davam etdirir.