Mühasibat uçotu haqqında Qanunda edilən dəyişikliklərin vergitutma mexanizmlərinə təsiri

21.06.2019

 

Qalib Tanrıverdiyev, iqtisad üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi

Dosent

 

Xülasə

Təqdimat son zamanlarda “Mühasibat uçotu haqqında” Qanunda edilən dəyişikliklərin vergitutma mexanizmlərinə təsirinə həsr edilmiş və müvafiq dəyişikliklərin əsas istiqamətləri təhlil edilmişdir. Həmçinin Qanunda aparılan dəyişikliklərin ölkədə uçot sisteminin möhkəmləndirilməsinə, kölgə iqtisadiyyatının səviyyəsinin azaldılmasına, vergitutma bazasının genişləndirilməsinə, vergilərin hesablanmasının dəqiqləşdirilməsinə və cəmiyyətdə mühasib peşəsinin nüfuzunun artırılmasına təsiri mexanizminə xüsusi diqqət yetirilmişdir.