gallery6

“Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu, milli və beynəlxalq mühasibat uçotu standartları” mövzusunda təlim keçirilib

15.04.2019

Vergi orqanlarında təlim tələbatlarının müəyyən edilməsi məqsədilə 2018-ci ilin son aylarında vergilər nazirinin katiblik məsələləri üzrə müşaviri Elnur Əliyevin rəhbərliyi ilə Vergilər Nazirliyinin strukturlarının əməkdaşları ilə bir sıra görüşlər keçirilib. Görüşdə əsas məqsəd dövlət vergi orqanlarının əməkdaşlarının vəzifə funksiyalarının icrası zamanı qarşılaşdıqları problemlər, bu problemlərin aradan qaldırılması istiqamətində mövcud qanunvericilik normalarının düzgün tətbiq edilməsi, qanunvericilik aktlarına aparılan dəyişikliklərlə bağlı məlumatlandırma, həmçinin vəzifələrin icrası zamanı zəruri ola biləcək biliklərin mənimsənilməsi olub.

Bununla əlaqədar olaraq, Vergilər Nazirliyinin Tədris Mərkəzinin müvafiq əmri ilə “2019-cu ildə Vergilər Nazirliyinin Tədris Mərkəzinin tədris və elmi-tədqiqat sahələrində Fəaliyyət Planı”na ən çox tələb olunan mövzular daxil edilib və il ərzində keçirilməsi nəzərədə tutulub. 

Plana uyğun olaraq “Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu, milli və beynəlxalq mühasibat uçotu standartları” mövzusunda qısamüddətli təlim iki qrup üzrə keçirilib. Bakı şəhərində fəaliyyət göstərən dövlət vergi orqanları əməkdaşları üçün təlim 12 aprel 2019-cu il tarixdə Tədris Mərkəzinin Bakı şəhərində yerləşən binasında, 15 aprel 2019-cu il tarixdə isə Mərkəzin Şamaxı rayonunda yerləşən inzibati binasında keçirilib. Təlimdə ümumilikdə 39 nəfər vergi orqanı əməkdaşı iştirak edilib.

Təlim Tədris Mərkəzinin İqtisadiyyat və menecment kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Qalib Tanrıverdiyev tərəfindən keçirilib.