gallery6

“Gənclərin peşə hazırlığının artırılması” proqramı çərçivəsində Zaqatala və Şəki şəhərində gənclər üçün seminar təşkil edilmişdir

21.12.2018

Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları “Gənclərin peşə hazırlığının artırılması” proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının tələbələri və Şəki Gənclər İdman İdarəsi ilə Şəki Gənclər Evinin fəal gəncləri üçün seminar təşkil etmişdir.

Tədbirdə Tədris Mərkəzinin İqtisadiyyat və menecment kafedrasının baş müəllimi Anar Mirzəyev Mərkəzin fəaliyyəti haqqında tələbələri məlumatlandırmışdır.Daha sonra Tədris Mərkəzinin İqtisadiyyat və menecment kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Qalib Tanrıverdiyev Vergi Məcəlləsində və “ Mühasibat Uçotu haqqında” Qanuna olan dəyişikliklərlə bağlı seminar keçmişdir.Seminar Mühasibat uçotu haqqında Qanunda dəyişikliklər, Qanunun ümumi strukturu və əsas dəyişikliklər, Qanunun əsas anlayışları, Mühasibat uçotu sahəsində tənzimlənmə və nəzarət, Azərbaycan Respublikasında tətbiq edilən mühasibat uçotu standartları, peşəkar mühasib sertifikatının verilməsi, mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə məsuliyyət mövzularını əhatə edib.

Sonda tələbələri maraqlandıran suallar Tədris Mərkəzinin müəllimləri tərəfindən cavablandırılmışdır.