XƏBƏRLƏR

“Peşə fəaliyyətinin ümumi əsasları” mövzusunda təlim keçirilmişdir.

Vergilər Nazirliyinin “Peşə fəaliyyətinin ümumi əsasları” mövzusunda təlimin keçirilməsi barədə 30 mart 2018-ci il tarixli əmri ilə Tədris Mərkəzində  2 aprel 2018-ci il tarixdən 21 may 2018-ci il tarixədək olan müddətdə dövlət vergi orqanlarının stajçı əməkdaşları üçün ənənəvi təhsil sistemi tətbiq edilməklə “Peşə fəaliyyətinin ümumi əsasları” (xidmət və uçot sahəsi) modulu üzrə təlim təşkil edilmişdir.

Təlimdə 22 nəfər stajçı əməkdaş iştirak etmişdir.

Təlim zamanı Vergi Məcəlləsinin tətbiqinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, vergi inzibatçılığının tətbiqinin sahə xüsusiyyətləri (vergi ödəyicilərinə xidmətlərin göstərilməsi, vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılması, bəyannamələrin kameral yoxlanması və s.), ümumiqtisadi mövzular, milli mühasibat uçotu, idarəetmə sahəsi üzrə mövzular, “Microsoft Office” proqramları, vergi orqanlarında xidmətkeçmə, AVİS-in alt sistemindən istifadə qaydaları ilə əlaqədar mövzular tədris olunmuşdur. Təlimə 200 tədris saatı ayrılmışdır. Bunun 188 saatı (88%) Tədris Mərkəzinin əməkdaşları, 24 saatı (12%) isə Vergilər Nazirliyinin və aidiyyəti strukturların əməkdaşları tərəfindən tədris edilmişdir.

Kursun yekunu üzrə, 21 may 2018-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir.

Qrupun ilkin sınaq qiymətləndirməsi üzrə orta nəticəsi 66,0%, yekun qiymətləndirmə üzrə orta nəticəsi 80,0%, ümumilikdə artım fərqi +14,0 bənd olmuşdur.

İmtahanın nəticələri protokollaşdırılmışdır.

Müqayisə üçün bildiririk ki, “Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə 2018-ci ilin əvvəlki dövrlərində keçirilmiş imtahanlarla müqayisədə qrupun yekun qiymətləndirmə arasındakı fərqi +1.0 bənd olmuşdur.