gallery6

Vergilər Nazirliyinin Tədris Mərkəzi Yay Məktəbləri təşkil edir.

22.05.2018

 

 

 

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi gənclərin karyera hazırlığının təşkili, iqtisadiyyat və vergi sahəsində praktiki bilik və bacarıqların formalaşdırılması,potensiallı gənclərin vergi orqanlarında işləməyə həvəsləndirilməsi və asudə vaxtın səmərəli təşkil edilməsi məqsədilə Yay Məktəbləri  təşkil edir.

Yay Məktəblərinin cari ilin iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulmuşdur. Proqram 5-10 gün  müddətində davam edəcək və sonda iştirakçılara Tədris Mərkəzinin sertifikatları veriləcəkdir.

Yay Məktəbi proqramına daxildir:

  • Gənclərin karyera hazırlığı məqsədilə praktiki mövzulara dair hər gün 2-4 dərs (hər biri 50 dəqiqə)
  • Şamaxı rayonunda yerləşən turistik məkanlara səfər (Dəmirçi kəndi, Şamaxı Astrofizika Rəsədxanası,Çuxuryurd gölü Şamaxı Tarix-diyarşünaslıq Muzeyi və.s)
  • Tədris Mərkəzinin idman-sağlamlıq kompleksindən istifadə
  • İntellektual və əyləncəli oyunlar
  • 3 dəfə Qidalanma
  • Tədris Mərkəzinin müasir tipli yataqxanasında  gecələmək.

Proqram boyu Vergi Məcəlləsinə dair praktiki biliklər, Büdcə sistemi, vergi daxilolmalarının dövlət büdcəsinin gəlirlərinə təsiri mexanizmləri haqqında biliklər, Hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi qaydaları, Vergi və mühasibat uçotu,Hüququn anlayışı, hüquq normaları, hüquq sistemləri və dövlətlə hüququn qarşılıqlı əlaqəsi haqqında ilkin anlayışlar, Vergi orqanlarında işə qəbul və xidmətkeçmə qaydaları, Komanda qurmaq bacarığı, İşə qəbul zamanı müsahibələrdə davranış qaydaları kimi mövzular tədris ediləcəkdir.

Əlavə məlumat üçün (+99412) 403-88-79 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.

Qeydiyyat