XƏBƏRLƏR

Türkiyəli professorun iştirakı ilə təlim keçirilib

27 aprel 2018-ci il tarixdə Vergilər Nazirliyinin inzidati binasında Türkiyənin İşık Universitetinin rektoru, Yeminli Mali Müşavir, Prof. Dr.Cemal İbiş tərəfindən “Maliyyə bazarlarının analizi və proqnoz yöntəmləri” mövzusunda təlim keçirilib.

Təlimdə Vergilər Nazirliyinin Mərkəzi Aparatının, Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyəti iştirak edib.

Təlimin əvvəlində Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov tərəfindən təlim barədə məlumat verilib və İşık Universitetinin rektoru, Prof. Dr.Cemal İbiş iştirakçılara təqdim edilib.

Təlimdə Türkiyədə tətbiq olunan və tamamilə bu ölkəyə məxsus olan Mali Müşavirlik və Yeminli Mali Müşavirlik sistemi barədə məlumat verilib və bu mövzuda iştirakçıların sualları cavablandırılıb.

Prof.Dr.Cemal İbiş tərəfindən mühasibatlıq və audit sahəsində yeniliklər,  problemlər, praktiki məlumatlar diqqətə çatdırılıb və təlim iştirakçıları tərəfindən onları maraqlandıran digər suallara aydınlıq gətirilib.

Təlimdə həmçinin uzun müddət Türkiyədə yaşamış, serbest mühasibeçi, Mali Müşavir Rəşad Kazımov da iştirak edib.

Tədbirin sonunda təlimin iştirakşılarına müvafiq sertifikatlar təqdim edilib.