XƏBƏRLƏR

Dünya Bankının Bakı ofisində Dəyirmi Masa keçirilib

20 aprel 2018-ci il tarixdə Dünya Bankının Bakı ofisində “Azərbaycanda Mühasibatlıq və Auditlə bağlı Təhsilin və Peşənin Gücləndirilməsi” üzrə Dəyirmi Masa keçirilib.

Tədbirdə Tədris Mərkəzinin Elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov və Vergi metodologiyası kafedrasının müdiri  Malik Əkbərov iştirak edib.

Dəyirmi Masada aşağıdakı mövzular ətrafında müzakirələr aparılıb:

  • Mühasibat uçotu və audit sahəsində mövcud qanunvericilik;
  • Mühasibvat uçotu və audit sahəsində universitetlərdə həyata keçirilən tədris proqramları;
  • Mühasibat uçotu və audit sahəsində vergi uçotunun aparılması qaydalarının tədris proqramları ilə uyğunluğu;
  • Dövlət orqanlarında aparılan yoxlamalar zamanı mühasibat uçotu və audit sahəsində yaranan problemlər;
  • Mühasibat uçotu və audit sahəsində tədris proqramları və bu sahədə əmək bazarının tələbləri;
  • Mühasibat uçotu və audit sahəsində mövcud tədris proqramlarının beynəlxalq mühasibatlıq və audit standartlarına uyğunluğu;
  • Mühasibat uçotu və audit sahəsində sertifikatlaşdırmanın aparılması qaydaları;
  • Mühasibat uçotu və audit sahəsində işə qəbul elanlarında işəgötürənlərin tələbləri;
  • Mühasibat uçotu və audit sahəsində tədris proqramlarının və  sertifikatlaşdırmanın təkmilləşdirilməsi istiqamətində vətəndaş cəmiyyətinin rolu;
  • Mühasibat uçotu və audit sahəsində keçirilən tədris proqramlarının beynəlxalq standartlara uyğunluğu və beynəlxalq şirkətlərin vakansiyalar üçün iş tələbləri;
  • Mühasibat uçotu və audit sahəsində məzun olmuş tələbələr üçün özəl sektorda imkanlar;
  • Mühasibat uçotu və audit sahəsində məzun olmuş tələbələrin işə qəbulu prosesində yaranan problemlər.

Tədbirdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəis müavini, baş vergi xidməti müşaviri Mirəli Kazımov da çıxış etmişdir.

O,  öz çıxışında vergi tədrisi sahəsində vahid tədris proqramının hazırlanması üçün görülən işlər barədə, Milli Mühasiblər Forumunun fəaliyyəti, onun bilik və təcrübənin paylanmasındakı rolu barədə məlumat vermişdir. İştirakçıları keçirilən görüşdə aktiv iştirak etməyə çağırmışdır.

Daha sonra Mirəli Kazımov maliyyə uçotu əsasında vergi hesabatlarının hazırlanması üçün Dünya Bankının dəstəyilə əlaqədar dövlət təşkilatlarının iştirakı ilə xüsusi layihənin həyata keçirilməsinin vacibliyini qeyd etdi.

Tədbirin sonunda Dünya Bankının və Tədris Mərkəzinin nümayəndələri arasında təklif olunan layihənin reallaşması ilə bağlı fikir mübadiləsi aparıldı və qərara alındı ki, bu məsələ ilə əlaqədar əlavə görüş keçirilsin.