XƏBƏRLƏR

Azərbaycan Dövlət İqtisad Universitetində ixtisasartırma təlimləri keçirilib

Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında elm və təhsil sahəsində imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Universitetin  “Maliyyə və maliyyə institutları” kafedrasının əməkdaşlarının respublikanın təhsil sisteminin bakalavr və magistr pilləsində vergi sistemi və vergitutmanın digər istiqamətləri üzrə fənlərinin tədrisi ilə əlaqədar olaraq 6-10 fevral 2017-ci il tarixlərdə “Vergi qanunvericiliyinin tətbiqi” mövzusunda ixtisasartırma təlimləri keçirilmişdır.

Təlimlərdə təlimçi qismində Tədris Mərkəzinin əməkdaşları iştirak etmişlər.

Təlimin açılışında “Maliyyə və maliyyə institutları” kafrdrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov və Mərkəzin rəisinin müavini Mirəli Kazımov iştirak etmişdir.

Təlim zamanı vergi qanunvericiliyinin tətbiqinin hüquqi əsaslarının, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi xüsusiyyətlərinin, vergi qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklərin, həmçinin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununda, «Elektron ticarət haqqında» Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərin, Vergi borclarının tənzimlənməsi məsələləri araşdırılmışdır.

Təlimin sonunda dinləyicilərə sertifikatlar verilmişdir.