XƏBƏRLƏR

Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Tədris-metodiki Şuranın növbəti iclası keçirilmişdir

19 dekabr 2016-cı il tarixdə Vergilər Nazirliyində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Tədris-metodiki Şuranın növbəti iclası keçirilmişdir. İclasda vergilər nazirinin müşaviri - Vergi   ödəyicilərinə xidmət baş idarəsinin rəisi Ələkbər Məmmədov, sədr müavini  Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov, katibi  İnsan resursları idarəsinin Təhsil inkişaf şöbəsinin rəisi Nərmin Mirzəyeva, üzvlər Vergilər Nazirliyinin Aparatının rəhbərinin müavini Elçin Namazlı,  Ərazi vergi orqanları ilə iş üzrə baş idarənin rəis müavini Ramiz Ağayev,  Hüquq baş idarəsinin rəis müavini Anar Rzayev, Vergi auditi və operativ nəzarət idarəsinin rəis müavini Fateh Mustafayev, Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Strateji araşdırmalar idarəsinin rəisi Namiq Dərgahov, Daxili təhlükəsizlik baş idarəsinin Xidməti təhqiqat və araşdırmalar idarəsinin Xidməti təhqiqat şöbəsinin rəisi Azər Şükürov, Vergi ödəyicilərinə xidmət baş idarəsinin Xidmətin təşkili şöbəsinin rəisi Azər Şirinov,  Vergilər Nazirliyinin Tədris Mərkəzinin təhsil işləri üzrə rəis müavini Ceyhun Mehdiyev,  Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi  Departamentinin rəis müavini Nurlan Bayramlı, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Xüsusi qərarlara əsaslanan audit şöbəsinin rəisi Hikmət Fətullayev və Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Niyaz Şükürov iştirak etmişlər.

İclasa Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəis müavini –Beynəlxalq müqavilələr şöbəsinin rəisi İlqar Əkbərli, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Təşkilat - analitik şöbəsinin rəisi İlqar Paşayev, Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin Təhlil və strukturlarla inteqrasiya idarəsinin Təhlil şöbəsinin dövlət vergi müfəttişi Emil Rəhimov, İnsan resursları idarəsinin Təhsil və inkişaf şöbəsinin baş mütəxəssisi İlkin Rəhimov, İnsan resursları idarəsinin Təhsil və inkişaf şöbəsinin baş mütəxəssisi İlham Qaragözov, Vergilər Nazirliyinin Tədris Mərkəzinin Tədris və metodika şöbəsinin rəisi Ramiz Məhərrəmov, Vergi metodologiyası kafedrasının müdiri Malik Əkbərov və İqtisadiyyat və menecment kafedrasının dosenti Qalib Tanrıverdiyev dəvət olunmuşlar.

İclasın gündəliyində aşağıdakı məsələlər müzakirə edilmişdir:

  1. Vergilər Nazirliyində 2016-cı il ərzində tədris və təlim sahəsində görülmüş işlər;
  2. Təlim sahəsində müasir beynəlxalq təcrübə nümunələri və onların Vergilər Nazirliyi çərçivəsində aparılan tədris prosesində tətbiqi imkanları;
  3. 2017-ci il üçün Vergilər Nazirliyinin tədris (təlim) qrafikinin və müvafiq tədris kurslarının tədris və tədris-mövzu planlarının layihələrinin müzakirəsi;
  4. Digər məsələlər.

Tədris-metodiki Şuranın sədri Ə.Məmmədov Şuranın iclasını açıq elan edərək, iştirakçıları Şuranın yeni tərkibi və iclasın gündəliyi ilə tanış etdi.

Daha sonra Ə.Məmmədov ölkə başçısının son tapşırıqlarını, vergi inzibatçılığında və qanunvericiliyində edilmiş dəyişiklikləri və planlaşdırılan islahatları Şura üzvlərinin diqqətinə çatdıraraq, bütün bu işlərin effektiv qaydada icrası baxımından dövlət vergi orqanları əməkdaşlarının peşəkarlığının yüksəldilməsinin, onların sürətlə gedən yeniliklərə adaptasiyasının və bu sahədə tədris və təlimin rolunun artırılmasının vacibliyini vurğuladı.

Ə.Məmmədov Tədris-metodiki Şuranın iclasında 2016-cı il ərzində təlim-tədris sahəsində görülmüş işlər, qarşıya çıxmış çətinliklər və onların həlli yollarının, eləcə də 2017-ci ildə təlim-tədirs proseslərinin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin müzakirə ediləcəyini bildirdi, hər kəsi müzakirələrdə aktiv olmağa, rəy və təkliflərlə çıxış etməyə dəvət etdi.

Daha sonra Ə.Məmmədov Vergilər Nazirliyində 2016-cı il ərzində tədris və təlim sahəsində görülmüş işlərbarədəməlumat verməsi üçün Şuranın katibi, İnsan resursları idarəsininTəhsil və inkişaf şöbəsinin rəisiNərmin Mirzəyevaya söz verdi.

N.Mirzəyeva Vergilər Nazirliyində 2016-cı il ərzində tədris və təlim sahəsində görülmüş işlər barədə danışdı, vergi inzibatçılığının və qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində gedən sürətli prosesləri nəzərə alaraq bu sahədə intensiv bir il olduğunu qeyd etdi.

Dövlət vergi orqanları əməkdaşlarının öyrənilmiş təlim tələbatları əsasında cari il ərzində vergilər nazirinin 10 may 2016-cı il tarixli əmri ilə “Vergilər Nazirliyinin 2016-cı il üçün illik təlim qrafiki” təsdiq edilmiş və icra edilmişdir.

N.Mirzəyeva bütün bu təlim və kursların təşkilində “onlayn” təlim sisteminin əhəmiyyətini vurğulayaraq, onlayn təlimlərin üstünlüklərini, habelə bəzi meydana çıxan çatışmazlıqlarını, o cümlədən onlayn təlimlərə cəlb edilən təlimçilərin həvəsləndirilməsinin nəzərdə tutulmadığını iclas iştirakçılarının diqqətinə çatdırdı.

Qeyd edildi ki, il ərzində İspaniya Krallığının Maliyyə Nazirliyi və Fiskal Tədqiqatlar İnstitutunun insan resurslarının inkişafı, habelə təlimlər sahəsində təcrübəsinin öyrənilməsi məqsədi ilə İnsan resursları idarəsinin və Tədris Mərkəzinin əməkdaşlarıbu ölkəyə ezam olunmuşdur.

N.Mirzəyeva təlim-tədris sahəsində perspektiv işlərə də toxunaraq, hazırda dövlət vergi orqanlarında insan resurslarının inkişafı üzrə yeni strategiya və onun tədbirlər planının layihəsinin hazırlandığını, habelə vergi orqanlarının əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsinin yeni mexanizminin yaradılması üzrə işlərin davam etdirildiyini bildirdi.

Daha sonra Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov çıxış edərək Tədris Mərkəzi tərəfindən cari ildə tədris və təlim sahəsində görülmüş işləri iştirakçıların diqqətinə çatdırdı. Ə.Həsənov il ərzində təlim-tədris proseslərinin normativ bazası təkmilləşdirilərək bir sıra sənədlərin qəbul edildiyini bildirdi.

Qeyd edilənlərlə yanaşı “Dinləyicilərlə iş, tədris prosesinin monitorinqi və təlimin keyfiyyətinin qiymətləndirilməsini tənzimləyən Qaydaları” və “Tədris Mərkəzinin binasından və ərazisindən istifadə Qaydaları”nın layihələri hazırlanmışdır.

Ə.Həsənov qeyd etdi ki, il ərzində 784 nəfər vergi orqanı əməkdaşı sertifikasiya təlimlərinə cəlb edilmiş, onlardan 444 nəfəri sertifikat almışdır (118 nəfər 1-ci dərəcəli, 193 nəfər 2-ci dərəcəli, 133 nəfər 3-cü dərəcəli sertifikat almaqla).

2016-cı ildə 6 mövzu üzrə innovasiya təlim kursu həyata keçirilmiş və 85 nəfər əməkdaş bu kurslara cəlb edilmişdir. Eyni zamanda büdcədənkənar fond hesabına saxlanılan işçilər üçün də il ərzində kurslar təşkil edilmiş, onlara iş prosesində qarşıya çıxan ümumi mövzular tədris olunmuşdur.

Həmçinin ilkin hazırlıq və ixtisasartırma kurslarının həyata keçirilməsi üçün Tədris Mərkəzi tərəfindən zəruri tədris-metodiki və təşkilati tədbirlər görülmüş, ilkin hazırlıq, ixtisasartırma və sertifikasiya kurslarının sonunda əməkdaşların biliklərinin qiymətləndirilməsi üçün sual bazası yenidən formalaşdırılmış və ekspertizadan keçirilmişdir. Qeyd edilmişdir ki, hazırda sual bazasında 4289 ədəd test tapşırığı vardır.

Ə.Həsənov vurğuladı ki, 2016-cı il ərzində e-kitabxanaya daxilolma statistikasında kifayət qədər artım qeydə alınmışdır. Belə ki, 2015-ci ildə elektron kitabxanaya daxil olan əməkdaşların sayı 13554 nəfər olduğu halda, 2016-cı ildə bu rəqəm 23472 nəfər olmuşdur. Bu isə əsasən 2016-cı ildə onlayn təlimlərin sayının artması ilə əlaqəlidir.

Tədris Mərkəzinin təhsil işləri üzrə rəis müavini Ceyhun Mehdiyev təlim sahəsində müasir beynəlxalq təcrübə nümunələri və onların Vergilər Nazirliyi çərçivəsində aparılan tədris prosesində tətbiqi imkanları barədə çıxış etdi. C.Mehdiyev öyrənilmiş beynəlxalq təcrübənin təhlili nəticəsində 4 sahə üzrə növbəti tədbirlərin tətbiqini təklif etdi:

  1. Proqram təminatı;
  2. Təlim proqramları;
  3. Dinləyicilərin qiymətləndirilməsi;
  4. Təlimçilərin qiymətləndirilməsi;

Daha sonra Ə.Məmmədov 2017-ci il üçün Vergilər Nazirliyinin tədris (təlim) qrafikini və müvafiq tədris kurslarının tədris və tədris-mövzu planlarının layihələrini Şuranın müzakirəsinə çıxardı.

N.Mirzəyeva İnsan resursları idarəsi tərəfindən dövlət vergi orqanları əməkdaşlarının öyrənilmiş təlim tələbatları əsasında təhlilin aparıldığını və ilkin layihənin hazırlandığını bildirdi.Şuranın üzvləri Fateh Mustafayev, Anar Rzayev və Namiq Dərgahov layihə ilə bağlı rəylərini bildirdilər.