gallery6

Vergi metodiki kabinetlərdə növbəti monitorinq keçirilmişdir

21.10.2016

2016-cı il 17-20 oktyabr  tarixində Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsində olan Lənkəran, Astara, Lerik, Masallı, Biləsuvar, Cəlilabad və Yardımlı rayonlarının orta təhsil müəssələrindəki metodiki kabinetlərdə və vergi tədris otaqlarında monitorinq keçirilmişdir. Monitorinq Vergilər Nazirliyinin Tədris Mərkəzinin, 6 saylı Ərazi Vergilər İdarəsinin nümayəndələri,  orta təhsil müəssələrinin direktorları, metodiki kabinetlərə məsul olan şəxslər tərəfindən aparılmışdır. Monitorinqin aparılmasında əsas məqsəd metodiki kabinetlərin maddi-texniki təminatının araşdırılmasından, tədris və əyani vəsaitlərə olan tələbin öyrənilməsindən ibarət olmuşdur. Monitorinq prosesi zamanı metodiki kabinetlərin yerləşdiyi məktəblərin direktorları 6 saylı Ərazi Vergilər İdarəsinin rəhbərliyinə  vergi metodiki kabinetlərinə  dəstək verdiyi barədə fikirlərini bildirdilər. Daimi olaraq metodiki kabinetlər vergi ilə bağlı müxtəlif tipli əyani vəsaitlərlə, bukletlərlə, kitab və jurnallarla təmin edilirlər. Bu isə öz növbəsində şagirdlərdə vergi haqqında bilik və anlayışların formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Eyni zamanda monitorinq prosesi zamanı şagirdlərə vergi ilə bağlı  monitorinq qrupunun nümayəndələri tərəfindən vergi ilə bağlı dərslər keçirildi.