XƏBƏRLƏR

 

 

Zahir Ağasəf oğlu Babayev  
Vergi inzibatçılığının tədrisi şöbəsinin dosenti
1-ci dərəcəli müfəttiş    

1982-ci ildə anadan olmuşdur.

1999-cu ildə orta məktəbi bitirmişdir.

1999-2003-cü illərdə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universtetinin hüquq fakultəsinin bakalavr pilləsini, 2005-ci ildə həmin Universtetin Ədliyyə Nazirliyinin Kriminalistika və Kriminologiya Problemləri institutu ilə birgə təşkil  etdiyi proqram əsasında magistratura pilləsini fərqlənmə diplomları ilə bitirmişdir.

2015-2019-cu illərdə  Bakı Dövlət Universtetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsində təhsil almışdır.

2005-2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun “Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq” şöbəsinin əyani aspiranturasında təhsil almışdır.

2009-cu ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun  “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” şöbəsində Elmi işçi vəzifəsinə təyin edilmişdir.

2012-ci ildə beynəlxalq hüquq ixtisasında hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

2013-cü il tarixdən Vergilər Nazirliyin Tədris Mərkəzinin Vergi qanunvericiliyi və hüquq kafedrasının dosenti təyin edilmiş və hal-hazırda həmin Tədris Mərkəzində fəaliyyətini davam etdirir.

Ali məktəblər üçün tədris vəsaiti kimi nəzərdə tutulmuş bir dərsliyin və bir neçə tədris proqramının həmmüəllifi, 25 elmi məqalənin müəllifidir.

Ailəlidir, iki övladı var.