XƏBƏRLƏR

 

 

Malik Şahbaz oğlu Əkbərov  
Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi
kiçik vergi xidməti müşaviri    

1974-cü ildə anadan olmuşdur.

1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnsitutunu bitirmişdir. Əmək fəaliyyətinə Rabitə Nazirliyində başlamış və özəl sektorda davam etmişdir. Əmək fəaliyyəti marketinq, maliyyə, istehsalat kimi çeşidli sahələri əhatə edir.

2001-ci ildə “Azərbaycan Respublikasında birbaşa vergilər və onların təkmilləşdirilməsi yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsəsi almışdır, Keyfiyyət üzrə menecer, ACCA DipİFR, E-auditor, Sərbəst auditor sertfikatlarına malikdir.

2008-ci ildən etibarən vergi  orqanlarında çalışır. 2008-2016-cı illərdə iqtisadi təhlil, bəyannamələrin kameral yoxlanması, xüsusi vergi rejimli müəssisələrin auditi sahələrində fəaliyyət  göstərmişdir. 2016-ci ilin əvvəlindən həmin ilin iyun ayına kimi E-audit şöbəsinin rəisi kimi çalışmışdır.

2016-cı ilin iyun ayından Vergilər Nazirliyinin Tədris Mərkəzinin vergi metodologiyası kafedrasının müdiri vəzifəsində işləyir.

Vergilərlə bağlı ölkəmizdə və dünyanın müxtəlif ölkələrində keçirilmiş çoxsaylı seminar və təlimlərdə iştirak etmiş, müvafiq sertifikatlar əldə etmişdir.