XƏBƏRLƏR

 

Rəvan Sərraf oğlu Axundov  
Keyfiyyət təminatı bölməsinin Aparıcı mütəxəssisi
1-ci dərəcəli müfəttiş

 

7 dekabr 1985-ci ildə Astara şəhərində anadan olmuşdur

1992-2003-cü illərdə orta məktəbdə təhsil almışdır.

2003-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşdur.

2007-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “İqtisadiyyat, Beynəlxalq İqtisadi Münasibətlər və Menecment“ fakultəsinin “Kompüter riyaziyyatı” ixtisasını bitirərək “Mühəndis-proqramçı” ixtisasına yiyələnmişdir.

2007-2008-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində hərbi xidmətdə olmuşdur.

2017-ci ildə magistratura təhsil pilləsi üzrə Regionlararası Heyətin İdarə edilməsi Akademiyasında (Kiyev) “İnzibati idarəetmə” ixtisası üzrə təhsil alaraq magistr dərəcəsi almışdır.

2009-2013-cü illərdə "Dekabank" KB ASC kommersiya bankının İnformasiya Texnologiyaları Departamentində “Sistem administratoru”,    Azərbaycan Respublikası Dövlət Neft Şirkətində “İT menecer”,  "Azersun Holding MMC"də “Kompüter mühəndisi”, "Gens Elektrik" MMC-də- “İT menecer “ vəzifələrində işləmişdir.  

2013-2014-cü illərdə  Vergilər Nazirliyinin Tədris Mərkəzinin “İqtisadiyyat və menecment” kafedrasında müəllim vəzifəsində işləmişdir.

2014-cü ildən Vergilər Nazirliyinin Tədris Mərkəzinin Tədris və metodika şöbəsinin texniki vəsaitlərin öyrənilməsi və tətbiqi üzrə mütəxəssisi vəzifəsində işləyir.