XƏBƏRLƏR

 

 

Azər Yaqub oğlu Mustafayev  
Vergi qanunvericiliyinin tədrisi şöbəsinin baş müəllimi
kiçik vergi xidməti müşaviri    

1983-cü ildə Əli Bayramlı şəhərində anadan olmuşdur.

Orta təhsilinə 1990-cı ildə Masallı rayonu Çaxırlı kənd orta məktəbində başlamış, 1997-ci ildə müsabiqə yolu ilə Lənkəran Özəl Türk Litseyinə daxil olmuşdur.

2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr təhsili almışdır.

2005-2007-ci illərdə Azərbaycan Kooperasiya Universitetində eyni ixtisas üzrə magistr dərəcəsi almışdır.

2007-2008-ci illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur.

2006-2007, 2009-2011-ci illərdə özəl sektorda loqistik və mühasib vəzifələrində çalışmış.

2011-ci ildə Vergilər Nazirliyi Tədris Mərkəzində müəllim kimi fəliyyətə başlamışdır. “Vergi qanunvericiliyi” fənnini tədris edir.

İngilis və rus dillərini bilir.  

Ailəlidir, 2 övladı var.