gallery6

 

 

Qalib Əziz oğlu Tanrıverdiyev
İqtisadiyyat və menecment kafedrasının dosenti
kiçik vergi xidməti müşaviri

1980-ci ildə anadan olub.

1986-1997-ci illərdə orta məktəbdə təhsil alıb.

1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. 2001-ci ildə həmin universiteti bakalavr, 2003-cü ildə magistratura təhsil pillələri üzrə fərqlənmə diplomları ilə bitirib.

2003-2006-cı illərdə  Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergi və vergiqoyma” kafedrasının aspirantı olub.

2009-cu ildə Beynəlxalq Daxili Auditorlar İnstitutunun tədris proqramına uyğun olaraq Auditorlar Palatasında keçirilən “Daxili Auditin Əsasları” kursunda iştirak edib.

2003-2010-cu illərdə bir sıra özəl müəssisələrdə mühasib, baş mühasib və auditor kimi çalışıb.

2010-cu ilin may ayından  Vergilər Nazirliyinin Tədris Mərkəzinin “Vergi metodologiyası” kafedrasının, 2012-ci ilin avqust ayından “İqtisadiyyat və menecment” kafedrasının dosentidir.

Beynəlxalq mühasibat uçotunun əsasları  və Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom kurslarında iştirak edib və sertifikat əldə edib.

2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

15-dən çox elmi məqalənin müəllifidir.

Ailəlidir, üç övladı var.