19 noyabr 2019-cu il tarixində saat 16:30–da “İqtisadiyyat və idarəetmənin tədrisi” şöbəsinin “Mənfəət vergisinin bəyannaməsinin mühasibat uçotu məlumatları əsasında tərtib edilməsi“ mövzusunda dinləyicilərin və Tədris Mərkəzinin əməkdaşlarının birgə iştirakı ilə seminarı keçirilmişdir. Seminarda aşağıdakı məsələlər müzakirə edilmişdir:
Seminar Tədris Mərkəzinin “İqtisadiyyat və idarəetmənin tədrisi” şöbəsinin dosenti Qalib Tanrıverdiyev tərəfindən aparılmışdır. Seminarda Tədris Mərkəzinin rəisi Şahin Bağırov, şöbə müdiri İmran Qarayev iştirak etmişdir.
Seminar prosesində dinləyicilər tərəfindən praktiki məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdı. Dinləyicilər mühasibatlığın praktikada tətbiqi məsələlərinin onlar üçün əhəmiyyətli olduğunu qeyd etdilər.