XƏBƏRLƏR

Diferensiallaşdırılmış Əlavə Dəyər Vergisinin tətbiqi məsələləri

Seymur Məmmədov

Vergilər Nazirliyinin Tədris Mərkəzi

Elmi-tədqiqat bölməsinin rəisi

 

Tədqiqatın məqsədi –beynəlxalq təcrübədə Diferensiallaşdırılmış Əlavə Dəyər Vergisinin həyata keçirilməsi prosesində vergi siyasətinin iştirakının qiymətləndirilməsi və Azərbaycanda bu vergi növünün vergi siyasətinə təsirlərinin müzakirəsi

Tədqiqatın metodologiyası – müqayisəli təhlil və tematik təhlil

Tədqiqatın nəticələri – Diferensiallaşdırılmış Əlavə Dəyər Vergisinin tətbiqi ölkədə iqtisadi artımı və dövlət gəlirlərini artırmaqla vergi siyasətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Tədqiqatın orijinallığı/elmi yeniliyi – Azərbaycanda Diferensiallaşdırılmış Əlavə Dəyər Vergisinin tətbiqinin vergi siyasətinə təsirlərinin araşdırılması