İmran Qarayev, iqtisad elmləri üzrə fəlsəfə doktoru
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi
Kafedra müdiri
Xülasə
Bu məqalə globallaşma proseslərinin vergi siyasətinə təsiri məsələlərinə həsr edilmişdir. Rəqəmsal iqtisadiyyatın inkişafı, elektron kommersiya əməliyyatlarının genişlənməsi, iqtisadiyyatın yeni seqmentlərinin yaranması vergi siyasəti qarşısında yeni məsələlərin araşdırılması zərurətini yaradır. Bununla bağlı vergitutma bazasının aşınması büdcə gəlirlərinə təsir göstərir. Məqalədə bu məsələlərə xüsusi diqqət yetirilmişdir.