XƏBƏRLƏR

BİZNES – VERGİ ORQANLARI: YENİ TƏRƏFDAŞLIQ

i.e.n. Məhərrəmov Ramiz Bulut oğlu

Vergilər Nazirliyinin Tədris Mərkəzi

Tədris və metodika şöbəsinin rəisi

 

Vergi orqanları və vergi ödəyiciləri arasındakı münasibətlərin düzgün qurulması və inkişaf etdirilməsi bu sahədə vergi inzibatçılığının həyata keçirilməsinin əsas istiqamətlərindən biridir. Beynəlxalq təcrübəsi göstərir ki, vergi orqanları ilə vergi ödəyiciləri arasındakı münasibətlər partnyorluq və əməkdaşlıq prinsipləri əsasında qurulduqda, vergi nəzarətini daha az resursdan istifadə etməklə həyata keçirmək olar. Bu münasibətlərin inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən "Vergi Partnyorluğu sazişinin bağlanması Qaydaları" təsdiq edilmişdir.

Məqalədə İrlandiyanın, İsveçrənin, Niderlandın, ABŞ-ın, Cənubi Koreyanın,  Portuqaliyanın, Gürcüstanın, Qazaxıstanın və Pakistanın biznes-vergi orqanları arasındakı tərəfdaşlıq münasibətləri təhlil edilmiş, onların ölkəmizdə tətbiqinin mümkünlüyü araşdırılmışdır.