XVIII-XIX
əsrlərdə Azərbaycan xanlıqlarinda
vergilər: malcəhət, bəhrə,
xərac, salyana, çöpbaşı, karxana , bağbaşı, çobanbəyi, dəh-yek, cütbaşı,
dəzgahbaşı və s.-dən ibarət idi.
Bu vergilər içərisində əsas vergini malcəhət (Naxçıvan və Şirvan xanlıqlarında
bu vergi bəhrə adlanırdı) təşkil edirdi. Müxtəlif xanlıqlarda onun həcmi 1/10-lə
1/3 arasında tərəddüd edirdi. Feodallar otlaqlardan istifadə müqabilində
rəiyyətdən çopbaşı adlı əlavə vergi alırdılar. Kəndli bağlarından toplanan
bağbaşı adlı vergi məhsulun 1/10-ni təşkil edirdi. Kəndlilərdən toypulu da
alınırdı. Əgər toy kəndlinin ailəsində olurdusa, onda o, bəyə toyxərci verməli
idi. Toy bəyin ailəsində olurdusa, onda bəy kəndlidən toy pulu tələb edirdi. Hər
bir kəndli həyətindən otaqxərci deyilən vergi də yığılırdı. Kəndli xanın atları
üçün arpa verməli idi. Bu vergi at arpası adlanırdı.
Rəiyyət teztez öz hesabına
xanın muzdlu əsgərlərini də saxlamalı olurdu. Bu mükəlləfiyyət dişkirəsi
adlanırdı. Rəiyyətdən həmçinin xan dəftərxanasının və inzibati idarəetmənin
digər qurumlarının xərclərini ödəmək üçün mirzəyanə, kələntərlik və digər
vergilər toplanırdı. Vergiyığanlar xanın əmrinə əsasən öz xeyirlərinə darğalıq
vergisi toplayırdılar. Mirzə Camal Cavanşir Qarabaği Qarabağ xanlığında vergi və
mükəlləfiyyətlər haqqında maraqlı məlumatlar verir. O yazır ki, hər il Novruz
bayramında sərkərdələrə xanın adından müxtəlif hədiyyələr - xələtlər, atlar,
silahlar bağışlanırdı. Feodallar da bunun müqabilində xana öz adlarına layiq
hədiyyələr gətirirdilər. İbrahimxəlil xan Cavanşir səfərdə olarkən və ya hər
hansı yerdə düşərgə qurarkən minbaşıların, yüzbaşıların, bəylərin, ağaların
əksəriyyəti, bəzi döyüşçülər, katiblər, eşikağası, darğalar və yolçular xanın
mətbəxindən yemək alırdılar. Çox vaxt xanın mətbəxinin bir günlük xərci onlara
qoyundan, qırx puddan artıq düyüdən və s. ibarət olurdu. Bütün bunlar çoxlu xərc
tələb edirdi və əsasən istehsalçıların istismarı hesabına ödənilirdi.
Məhəmmədhəsən xan dövründə Şəki xanlığında Dəs-ul-əməl adlı qanunlar məcmuəsi
tərtib olunmuşdu. Burada bütün vergi və mükəlləfiyyətlər tənzimlənirdi.
1828-ci il fevral ayının 10-da Təbrizdən bir qədər cənubda yerləşən Türkmənçay
kəndində İranla Rusiya arasında bağlanan müqavilə nəticəsində Azərbayjan 2
hissəyə parçalandı və müasir Azərbayjanın ərazisi Rusiyanın tərkibinə qatıldı.
XIX əsrin əvvəllərində Azərbaycan Rusiya imperiyasının tərkibində oldugu dövrdə
vergilər haqqında qanunlar, yerli xüsusiyyətlər nəzərə alınmaqla, mərkəzi
hakimiyyət tərəfindən qəbul edilirdi. Vergi sistemi dövlət vergilərindən və
yerli vergilərdən ibarət idi.
Dövlət vergilərinə - dövlət torpaq vergisi, əmlakdan vergi, ticarət və
sənaye vergisi, pul kapitalından vergilər və aksiz vergiləri aid edilirdi.
Yerli
vergilərə- ticarət və sənaye
vergisi, əlavə aksiz vergisi, şəxsi vergilər, tüstü (həyətbaşı) vergisi,
qəssablardan alınan vergilər, zibilxanaların təmizlənməsi üçün vergilər,
çəmən və otlaq yerlərindən istifadəyə görə vergilər, yoldan istifadəyə görə
vergilər və s. aid idi.