Atabəylər dövrü

 

Səlcuqilər imperiyasının tənəzzülündən sonra Şirvanşahlar dövləti bərpa olundu və Azərbaycan ərazisində Atabəylər dövləti yarandı. Əvvəlki əsrlərdə olduğu kimi, torpaq üzərində mülkiyyət formalarından biri iqta adlanırdı. Şirvan və Eldənizlər dövlətinin hökmdarları özlərinə yaxın olan adamlara iqta adı ilə iri şəhərlər, bütöv əyalətlər və torpaq sahələri verirdi. İqta xidmətə görə verildiyi üçün irsi mülkiyyət hesab edilmirdi. Mülkiyyət formalarından biri də feodalların və əyanların əllərində olan xüsusi torpaqlar idi ki, bu, mülk adlanırdı. Mülk torpaqları irsi olaraq nəsildən-nəslə keçə bilirdi.  Feodal həmin torpağı başqasına bağışlaya və ya sata bilərdi. Mülk sahibi dövlətə xərac verirdi. Məscidlərin, ruhani və xeyriyyə təşkilatlarının, müqəddəs yerlərin ixtiyarında olan torpaq sahələri vəqf adlanırdı. Bu torpaqların gəliri məscidlərin, mədrəsələrin və ruhani idarələrinin ehtiyaclarına sərf olunurdu.

Səlcuqilər imperiyasının tənəzzülündən sonra Şirvanşahlar dövləti bərpa olundu və Azərbaycan ərazisində Atabəylər dövləti yarandı. Əvvəlki əsrlərdə olduğu kimi, torpaq üzərində mülkiyyət formalarından biri iqta adlanırdı. Şirvan və Eldənizlər dövlətinin hökmdarları özlərinə yaxın olan adamlara iqta adı ilə iri şəhərlər, bütöv əyalətlər və torpaq sahələri verirdi. İqta xidmətə görə verildiyi üçün irsi mülkiyyət hesab edilmirdi. Mülkiyyət formalarından biri də feodalların və əyanların əllərində olan xüsusi torpaqlar idi ki, bu, mülk adlanırdı. Mülk torpaqları irsi olaraq nəsildən-nəslə keçə bilirdi.  Feodal həmin torpağı başqasına bağışlaya və ya sata bilərdi. Mülk sahibi dövlətə xərac verirdi. Məscidlərin, ruhani və xeyriyyə təşkilatlarının, müqəddəs yerlərin ixtiyarında olan torpaq sahələri vəqf adlanırdı. Bu torpaqların gəliri məscidlərin, mədrəsələrin və ruhani idarələrinin ehtiyaclarına sərf olunurdu. Kəndlilər və sənətkarlar istehsal etdikləri vergilərin 70 faizə qədərini feodallara və xəzinəyə verməli olurdular. Eldənizlər dövlətinə xəzinəyə daxil olan vergilərin miqdarı 8,5 milyon Abbasi dinarı həcmində idi. Ağır vergilərin biri torpaq vergisi – xərac idi. Xərac pul və ya natura şəklində alınırdı. Əvvəlki dövrlərdə olduğu kimi, müsəlman olmayan əhalidən cizyə deyilən vergi toplanırdı. Xass torpaqlarından və iqta sahiblərindən uşr deyilən onda bir vergisi toplanırdı. Adından göründüyü kimi, bu gəlirin ondan birini təşkil edirdi. Köçəri maldarlar otlaqlardan istifadə etdikləri üçün xəzinəyə haqq deyilən vergi verirdilər. Əhali hakim təbəqənin nümayəndələrini və onların qulluqçularını, atlarını öz evlərində yerləşdirməli və yedizdirməli idilər. Bu cür xidmət üçün alınan vergi nüzl adlanırdı. Gömrük və gözləmə haqqı üçün təhəkkümat vergisi verilirdi. Bu vergidən yalnız dini idarələr azad idi. Feodal toyları zamanı əhalidən süd pulu, cehiz pulu məqsədilə şir baha deyilən vergi toplanırdı. Vergiləri saymaqla qurtaran deyildi. Monqol istilaları zamanı vergilərin sayı qırxı keçmişdi.

Kəndlilər və sənətkarlar istehsal etdikləri vergilərin 70 faizə qədərini feodallara və xəzinəyə verməli olurdular. Eldənizlər dövlətinə xəzinəyə daxil olan vergilərin miqdarı 8,5 milyon Abbasi dinarı həcmində idi. Ağır vergilərin biri torpaq vergisi – xərac idi. Xərac pul və ya natura şəklində alınırdı. Əvvəlki dövrlərdə olduğu kimi, müsəlman olmayan əhalidən cizyə deyilən vergi toplanırdı. Xass torpaqlarından və iqta sahiblərindən uşr deyilən onda bir vergisi toplanırdı. Adından göründüyü kimi, bu gəlirin ondan birini təşkil edirdi. Köçəri maldarlar otlaqlardan istifadə etdikləri üçün xəzinəyə haqq deyilən vergi verirdilər. Əhali hakim təbəqənin nümayəndələrini və onların qulluqçularını, atlarını öz evlərində yerləşdirməli və yedizdirməli idilər. Bu cür xidmət üçün alınan vergi nüzl adlanırdı. Gömrük və gözləmə haqqı üçün təhəkkümat vergisi verilirdi. Bu vergidən yalnız dini idarələr azad idi. Feodal toyları zamanı əhalidən süd pulu, cehiz pulu məqsədilə şir baha deyilən vergi toplanırdı. Vergiləri saymaqla qurtaran deyildi. Monqol istilaları zamanı vergilərin sayı qırxı keçmişdi.